Gündəm


Asiya İnkişaf Bankının (ADB) araşdırmasına əsasən, Avropa İttifaqının (Aİ) karbon tutumlu məhsulların idxal rüsumlarının iqlim dəyişikliyinə məhdud təsir göstərəcəyi və Asiya və Sakit Okean ölkələrinin iqtisadiyyatlarına mənfi təsirin az olacağı gözlənilir.

MUMtv.az” ADB-yə istinadən məlumat verir ki, 2026-cı ildə qüvvəyə minəcək Aİ-nin Karbon Həddinin Tənzimlənməsi Mexanizmi (KHTM) polad, sement və elektrik enerjisi kimi məhsullara, onların istehsalına daxil olan CO2 emissiyalarına əsasən, idxal rüsumları tətbiq edəcək. Rüsumlar çirkləndiricilərin istehsalı sərt qaydalara və ya yüksək karbon qiymətlərinə malik ölkələrdən daha az sərt qaydalara və ya daha aşağı qiymətlərə malik ölkələrə köçürməsi nəticəsində yaranan “karbon sızmasının” qarşısını almağa yönəlib.

Bununla belə, statistik modelləşdirmə göstərir ki, KHTM metrik ton üçün karbon qiyməti 100 avro (108 dollar) olan və karbon tarifi olmayan emissiya ticarəti sxeminə nisbətən qlobal karbon emissiyalarını 0,2 %-dək azaldacaq. Eyni zamanda, bu gün dərc olunan 2024-cü il üzrə Asiya İqtisadi İnteqrasiya Hesabatına (AEIR) görə, sözügedən rüsumlar Aİ-yə qlobal ixracı təxminən 0,4 %, Asiyanın Aİ-yə ixracını isə təxminən 1,1 % azalda, habelə Aİ daxilində bəzi istehsalçıların istehsalına mənfi təsir göstərə bilər.

ADB-in baş iqtisadçısı Albert Park qeyd edir: “KHTM daxil olmaqla əhatə olunan sektorlar və regionlar baxımından karbon qiymətlərinin müəyyənləşdirilməsi təşəbbüslərinin pərakəndə təbiəti karbon sızmasını yalnız qismən məhdudlaşdıra bilər. Qlobal miqyasda karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq, eyni zamanda, iqlim dəyişilməsinə qarşı səylərinin daha təsirli və dayanıqlı olmasını təmin etmək üçün karbon qiymətlərinin müəyyən edilməsi təşəbbüsləri Aİ-dən kənarda, xüsusən də Asiyada tətbiq olunmalıdır.”

Avropaya, xüsusən də Mərkəzi və Qərbi Asiyaya karbon tutumlu ixracat payının daha yüksək olduğu Asiya sub-regionları KHTM və Aİ-nin emissiya ticarəti sistemindən daha çox mənfi təsirə məruz qalacaqlar. Hesabata əsasən, xüsusilə Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatlarına gözlənilən təsirləri nəzərə alaraq, karbon qiymətlərinin geniş şəkildə qəbul edilməsini təşviq etmək üçün müvafiq mexanizmlər lazımdır.

Hesabatda həmçinin beynəlxalq ticarət və qlobal dəyər zəncirlərinin karbonsuzlaşdırılması üçün tədbirlər paketi tövsiyə edilir. Digər mənbələrə nisbətdə sözügedən mənbələrdən karbon emissiyaları daha sürətlə artır və Asiya ölkələrində bu artım daha yüksək templə davam edir. Tövsiyələr arasında iqlimə uyğun məhsul və xidmətlərin ticarətini təşviq edən məqsədyönlü siyasətlərin həyata keçirilməsi, ekoloji qaydalar və standartların dəstəklənməsi, yaşıl texnologiyaların transferinin asanlaşdırılması, yaşıl infrastrukturun və investisiyaların təşviqində hökumətlərə və beynəlxalq institutlara dəstək kimi tədbirlər nəzərdə tutulub. Əlavə olaraq, hesabat məhsul və xidmətlərə daxil edilmiş emissiyaları effektiv şəkildə izləyə bilən, hamı tərəfindən qəbul edilmiş mühasibat uçotu çərçivələrini inkişaf etdirmək üçün qlobal əməkdaşlığa çağırır.

AEIR 2024-ün digər əsas nəticələri arasında, həm də qlobal səviyyədə pərakəndə yanaşma riski ilə bağlı narahatlıqlara baxmayaraq, Asiyada qlobal dəyər zəncirlərinin COVID-19 pandemiyasından sonra kifayət qədər bərpa olunduğu qeyd edilir. Asiyada qlobal dəyər zəncirlərinin regionallaşdırılması inkişaf etsə də, hesabatda “yenidən bərpa”nın Asiyada və ya qlobal miqyasda “istiqamətin dəyişilməsi” meyllərinin geniş vüsət almasına dair heç bir aydın əlamət əks olunmur.
Qeyd edək ki, ADB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda, ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. ADB 1966-cı ildə yaradılıb. 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər