Gündəm
Gündəm / Siyasət / Dünya
"Bizim Putin kimi dəli oğullarımız var" - Bayden
"Rusiya prezidenti Vladimir Putin “dəli oğlu”mdur".
"MUMtv.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı deyib.
"Bizim Putin və onun kimi bəzi dəli oğullarımız var və biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir", - Bayden ifadə edib.
Xatırladaq ki, 2022-ci ilin martında Co Bayden Polşa və Ukrayna sərhədindəki Ukrayna qaçqın düşərgəsinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putini “qəssab” adlandırmışdı. Britaniyanın “The Times” nəşri yazıb ki, Birləşmiş Ştatlar prezidentinin Rusiya lideri haqqında dediyi sözlər onun bütün karyerasının ən böyük şər-böhtanı ola bilər.