Gündəm

“AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyi Daşkəsəndə qadınların məşğulluğunun artırılması layihəsinin icrasına başlayıb - FOTO

"MUMtv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi “Daşkəsən rayonunda
qadınların məşğulluğunun artırılması” layihəsinin icrasına başlayıb.

Layihə QSC-nin “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərdə yaşayan qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni
peşələrə yiyələnməsi, aztəminatlı evdar qadınların məşğulluğu və mikro sahibkarlığın inkişaf etdirilməsi məqsədi daşıyır.

Bu məqsədlə “AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə qadınlara əmək bazarındakı aktual peşə-ixtisas sahələri, məşğulluq mərkəzlərində qeydiyyata alınma qaydası, mövcud olan vakansiyalar, peşə təhsili müəssisələrinə qəbul şərtləri, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib. Həmçinin təlim iştirakçılarının düzgün iş seçimində karyera planlaması, potensialın kəşf edilməsi, bazar imkanlarının araşdırılması, fəaliyyət planının qurulması, iş axtarışı alətləri və müsahibəyə hazırlıq mövzularında maarifləndirilməsi təmin edilib.

Təlim zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onlara “AzerGold” QSC-nin elektron işə qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsulu ilə əmək fəaliyyətinə cəlb edilməsi, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib.

Layihənin növbəti mərhələsində bilik və bacarıqları məqbul hesab edilən qadınların “AzerGold” QSC-nin dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən
müvafiq istiqamətlər üzrə peşə fəaliyyəti və özünüməşğulluq proqramına cəlb edilməsi üçün zəruri addımların atılması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ildən icra edilən layihə çərçivəsində təlimlərdə iştirak etmiş və Dövlət Məşğulluq Agentliyinə rəsmi müraciət etmiş qadınlardan 2 nəfəri
müvafiq peşə üzrə işlə təmin edilib, 1 nəfər üçün iş yeri təyin olunub, daha 1 nəfər növbəyə alınıb. Bundan başqa, 3 nəfər özünüməşğulluq proqramının maldarlıq zərfi üzrə aktivlərlə təmin olunub, daha 3 nəfər növbəyə alınıb, 1 nəfər isə peşə təhsilinə yönəldilib.

“AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyi Daşkəsəndə qadınların məşğulluğunun artırılması layihəsinin icrasına başlayıb - FOTO

“AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyi Daşkəsəndə qadınların məşğulluğunun artırılması layihəsinin icrasına başlayıb - FOTO

“AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyi Daşkəsəndə qadınların məşğulluğunun artırılması layihəsinin icrasına başlayıb - FOTO

“AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyi Daşkəsəndə qadınların məşğulluğunun artırılması layihəsinin icrasına başlayıb - FOTO

“AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyi Daşkəsəndə qadınların məşğulluğunun artırılması layihəsinin icrasına başlayıb - FOTO

“AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyi Daşkəsəndə qadınların məşğulluğunun artırılması layihəsinin icrasına başlayıb - FOTO

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər