Gündəm

İki generalın adı keçən işlə bağlı qərar verildi - Çox sayda insan aldadılıb

Müdafiə Nazirliyi 2-ci Ordu Birləşməsinin Qərargah rəisi, general-mayor Münasib Babayevin adından istifadə edib, müxtəlif şəxslərdən pul alan keçmiş hərbçiyə hökm oxunub.

"MUMtv.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1995-ci ildə İmişli rayonunda anadan olmuş Elmədin Əliyev 2016-cı ildən 2019-cu ilin yanvar ayınadək olan dövr ərzində Müdafiə Nazirliyinin Müşfiq qəsəbəsində yerləşən N saylı hərbi hissəsində MAHHXQ kimi çavuş rütbəsində xidmət edib, lakin 2019-cu ilin yanvar ayında öz təşəbbüsü ilə ərizə yazaraq xidmətdən xaric olunub.

Elmədin Əliyev həmin ildən sonra müxtəlif şəxslərə Müdafiə Nazirliyində nüfuzlu şəxslərlə və xüsusən də general-mayor Münasib Babayevlə münasibəti olduğunu deyib. O, hərbi sahədə işə düzəlmək istəyənləri həmin şəxslərin köməkliyi ilə işlə təmin edə biləcəyini deyərək onlardan müxtəlif məbləğlərdə pul alıb.

Təqsirləndirilən şəxs Sulduz adlı şəxsi hərbi xidmətə işə bərpa etmək müqabilində 1500 manat pulunu alıb. Həmin pulu guya Münasib Babayeva rüşvət qismində verməklə, onu işinə bərpa edəcəyini vəd verib. O, eyni üsuldan istifadə edərək digər şəxslərdən də 1000, 3000 və daha çox məbləğdə vəsait alaraq pullarını mənimsəyib.

Zərərçəkmişlər Elmədin Əliyevdən hər dəfə pullarını tələb edəndə general-mayor Münasib Babayev və general-leytenant Rövşən Əkbərova arxalandığını bildirib. O, heç kimdən qorxmadığını qeyd edib.

Dələduzluğu ilə bağlı bir müddət axtarışda olan Elmədin Əliyev Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 42 nömrəli binanın 8-ci mərtəbəsinin blokunda saxlanılıb. Təqsirləndirilən şəxs saxlanılan zaman özü ilə bərabər polis əməkdaşına da bıçaqla xəsarət yetiribmiş.

Məhkəmənin hökmü ilə Elməddin Əliyev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.


Son xəbərlər

Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır

Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

Qurum ləvğ edildi, 400-ə yaxın əməkdaş işdən azad edildi - AÇIQLAMA

Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...

İranda hərbi təyyarə qəzaya uğradı

Bu deputata yeni vəzifə verilir

"İcranın işçisi məndən on min manat rüşvət istədi" - İDDİA // VİDEO

Məhbuslara pişik saxlamağa icazə verilə bilər

Prezident Davosda Zelenski ilə görüşüb

Tramp hökumət binalarında LGBT bayraqlarını qadağan etdi

Adama Barrou İlham Əliyevə başsağlığı verdi

İmişlidəki hadisələrdə saxlanılan 14 nəfər həbs olundu

Britaniya vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinə getməməyə çağırdı

Şahin Mustafayev İranda daha bir görüş keçirdi

İntensiv yağış yağacaq

Əvvəl 24 saat deyirdi, indi isə 100 gün vaxt verdi

Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək

Gələn aydan bu müavinətin məbləği artırlır

Rus şirkətləri dost olmayan ölkələrdən köçürülsün - Putindən TAPŞIRIQ

İmişlidəki qəzada xəsarət alan məktəbli xəstəxanada ölüb

AMB inflyasiya proqnozunu açıqladı

DİN-dən saxta mesajlarla bağlı əhaliyə müraciət

Erməni deputatın şəxsi evi qarət edildi - Paşinyanın qaynıdır

İlyas İsmayılov komaya düşdü

"iPhone 17 Air"in görüntüsü yayıldı

Prezidentdən Davosla bağlı paylaşım

Hoteldəki yanğında 14 ailə üzvü ilə birlikdə həlak oldu

Fransa yenidən Bəşər Əsədin həbsinə order verdi

Bu gün Lənkəranda işıq olmayacaq

Gəncə Tibb Kollecində rüşvət tələb olunur?

Bütün xəbərlər