Gündəm
Gündəm / Siyasət / Dünya
Putinin imzaladığı sənəd satışa çıxarıldı
![Putinin imzaladığı sənəd satışa çıxarıldı Putinin imzaladığı sənəd satışa çıxarıldı](https://dogruxeber.az/uploads/posts/2024-02/medium/1707383229_1707381214_83425b02-d7fa-47ea-b874-2db62c48c5ad_f.jpg)
Rusiya prezidenti Vladimir Putinin 1992-ci ildə imzaladığı sənəd Sankt-Peterburqda elektron hərraca çıxarılıb.
"MUMtv.az" xəbər verir ki, bu barədə "RİA Novosti" nəşri məlumat yayıb.
Bildirilir ki, Rusiyanın hazırkı Prezidenti o zaman Sankt-Peterburq meriyasının Xarici əlaqələr komitəsinin sədri vəzifəsini tuturdu. Putinin imzaladığı sənəd 1992-ci ilin iyulun 14-də tərtib edilib, orada “Бюротрейд С. П-б” QSC-nin dövlət reyestrinə daxil edilməsi bildirilir. Bundan əlavə, vizit kartında əlaqə üçün ünvan və telefon nömrələri də var.
Qeyd edək ki, 1990-cı illərdə Putinin imzası olan daha bir sənəd 2023-cü ildə 2 milyon rubla satışa çıxarılmışdı.