Gündəm

PENSİYA TƏLƏSİ – Rəsmi qurumlar vətəndaşı necə aldadır…

MUMtv.az: - Azərbaycanda pensiyaya çıxmaq üçün 36 000 pensiya kapitalı toplamağa məcburdur. Əgər bu vəsait toplanılmayıbsa, pensiya yox, 180 AZN qocalıq müavinəti verirlər. Təkcə bu cümlə ilə çörək dalınca Rusiya, Türkiyə və başqa dövlətlərə üz tutmuş və burada işsiz olan milyonlarla vətəndaş pensiyadan məhrum edilir.Bəllidir ki, ölkəmizdə pensiya yaşı 65-ə qaldırılıb. Ətrafınıza nəzər salın (qohumlara, qonşulara, tanışlara), neçə adam bu yaş həddinə çatıb və ya keçib. 3-5 adam. Yəni insanlar pensiya yaşına çatmamış dünyasını dəyişir və pensiya almırlar. Hətta bu yaşa çatsa belə, 1-2 il pensiya alıb vəfat edirlər.

İndi pensiya kapitalı haqqında məlumat verək. Pensiya kapitalı 12-yə bölünür (sanki vətəndaş pensiyaya cıxdıqdan sonra 12 il yaşayacaq), alınan məbləğ 12 aya bölünür və ortaya çıxan cüzi məbləğ hər ay pensiya kimi ödənilir. Ən əsası, əgər vətəndaş vəfat edirsə, onun əzab-əziyyətlə topladığı pensiya kapitalı qalır(onun ailəsinə, övladlarına yox) büdcə talançılarına. Çünki pensiya kapitalının adını “pensiyanın sığorta hissəsi” adlandırıblar. Başa düşmək olmu, bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir, yoxs sığorta şirkəti? Əgər vətəndaşı sığorta ediblərsə, onda onu 79 yaşa qədər yaşatsınlar.

İndi isə Statistika Komitəsi (yuxarıdan gələn əmrlə) yeni yalan istehsal edib. Guya Azərbaycanda insanların orta ömrü 79 ilə qalxıb. Sahil Babayev bu yalana istinad edərək, pensiya yaşının 67 yə qaldırılmasını təklif edir. Seçkilərdən sonra, yay aylarında sakitlik yarananda pensiya yaşını 67-yə qaldıracaqlar.

Diqqət edin, bizə necə tələ qurulub: yaşlı insanlar işsiz, xəstə, dərmansız qalır və nəticədə ölür, ondan sonra onun ömür boyu əzab-əziyyətlə işləyib topladığı kapital büdcə talançılarına qalır. Dünyanın heç bir ölkəsində belə qanun yoxdur və ola da bilməz. Bu, yalnız Azərbaycanda mümkündür.

Deputatlar qiymətləri qaldıranda xorla deyirlər ki, Avropa ölkələrində qiymətlər bahadır. Bəs nə üçün demirlər ki, Avropa ölkələrində 55 yaşdan sonra pensiya kapitalından istifadə etmək hüququ var?! Qazaxıstanda 60 yaşdan sonra, hətta ev və ya avtomobil alırsansa pensiya kapitalından istifadə edə bilərsən. Vətəndaş əgər vəfat edirsə, onun pensiya kapitalının qalan hissəsi onun ailə üzvlərinə verilir. Azəbaycanda isə olmaz. Ölməlisən və sənin halal pensiya kapitalın büdcə talançılarına qalmalıdır.Baxın, necə ideal tələ qurulub.//siam.az

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər