Gündəm

“Yeni Klinika”nın arxasında çürüyən “ambulans”lar, “EGE Hospital”a göndərişlər, sınıq-salxaq "QAZ-24"... – daha bir həkim etiraza qalxdı

“Yeni Klinika”nın arxasında çürüyən “ambulans”lar, “EGE Hospital”a göndərişlər, sınıq-salxaq "QAZ-24"...
Tanınmış həkim Aydın Əliyevin səhiyyə sektorundakı nöqsanlarla bağlı videoçıxışı geniş müzakirələrə səbəb olub.

“Yeni Klinika”nın arxasında çürüyən “ambulans”lar, “EGE Hospital”a göndərişlər, sınıq-salxaq "QAZ-24"... – daha bir həkim etiraza qalxdı

"MUMtv.az" AFN.az -a istinadən xəbər verir ki, həkimin sosial şəbəkədə paylaşımının altında vətəndaşlar səhiyyə ilə bağlı müxtəlif problemləri qabardıblar. Onlardan ən diqqətçəkəni isə elə səhiyyə adamlarının, həkimlərin yazdıqlarıdır. Belə ki, Ədalət Rüstəm adlı həkim səhiyyənin maliyyələşdirilməsi problemindən, ortaya çıxan çətinliklərdən bəhs edib. Həkim qeyd edib ki, əslində bütün problemlər çoxhakimiyyətlilikdən qaynaqlanır. Onun fikrincə, səhiyyəyə rəhbərlik, insanların sağlamlığına məsul tək dövlət orqanı Səhiyyə Nazirliyi olmalıdır: “Bütün dünyada belədir. Azərbaycanda anomal vəziyyət yaranıb, səhiyyəni maliyyələşdirən tək orqan Maliyyə Nazirliyi əvəzinə İcbari Tibbi Sığorta Agentliyidir. Bu agentlik isə maliyyə vəsaitlərini tabeliyində olan TƏBİB-ə ayırır və dədə malı kimi pay-püş edirlər. O pay-puş edilən vəsaitlər isə mənim, sənin, onun, bizim və sizin İTSA-ya ödədiyimiz sığorta vəsaitlərindən formalasır. TƏBİB o pulları yumaqla, ogurlamaqla məşğul olur, "otkat" verməklə məşğul olur, korrupsiya əməlləri ilə məşğul olur. Mənim üçün nə fərqi var, mənim pulumu metroda cibimdən hansısa fərd, cibgir oğurlayıb, yoxsa dövlətin İTSA adlı qurumu?! Bu qurumların məşğul olmalı tək iş - insanların sağlamlığı məsələləri isə başlı-başına buraxılıb. Səhiyyə Nazirliyinin bütün səlahiyyətləri, hüquqları və vəzifələri İTSA və TƏBİB arasında paylasdırılıb.

“Yeni Klinika”nın arxasında çürüyən “ambulans”lar, “EGE Hospital”a göndərişlər, sınıq-salxaq "QAZ-24"... – daha bir həkim etiraza qalxdı

“Yeni Klinika”nın arxasında çürüyən “ambulans”lar, “EGE Hospital”a göndərişlər, sınıq-salxaq "QAZ-24"... – daha bir həkim etiraza qalxdı

Bu nazirlik ordusu olmayan, əsgəri olmayan, hərbi texnikası olmayan bir general və 10-15 koməkçidən ibarət, səlahiyyətsiz, hüquqsuz quruma çevrilib. Ölkə səhiyyəsi, 10 milyonun sağlamlığı isə TƏBİB-ə tapşırılıb. Ölkənin elmi-tibbi resursları, tibb professorları və dosentləri, yüksək ixtisaslı kadr potensialı müalicə, elmi-tədqiqat proseslərindən təcrid edilib, insanlarımızın taleyi xoşqədəmlərin, zaurlarin "seçdikləri" "professor"lara və "bir nömrəli həkim"lərə həvalə edilib”.
Ə.Rüstəm bildirib ki, özünün işlədiyi ATU-nun Tədris Cərrahiyyə Klinikasında sığorta ödəyicisi kimi müayinə və müalicə olunmaq hüququ olduğu halda, 1 həftəlik get-gəldən sonra KT müayinəsi üçün göndəriş həmin müəssisəyə yox, özəl “EGE hospitalı”na verilib: “Daha bir fakt deyirəm: "Yeni klinika"nin arxasında, iri meydançada TƏBİB-ə, İTSA-ya məxsus 100-ə qədər təptəzə təcili tibbi yardım maşını 2020-ci ildən yağışın, qarın və günəşin altında çürüyür, paslanır. Onlar ölkə uzrə təcili yardım stansiyalarının sərəncamına verilməli idi. Az qala bir milyon əhalisi olan Abşeron rayonuna təcili tibbi xidmət göstərən 3-4 avtomobildən ikisi 1979-ci illərin istehsalı olan pikap tipli sınıq-salxaq "QAZ-24" avtomobilidir. Bir neçə gün əvvəl 2-ci mərtəbədən yıxılan uşağın çağırışına heç həmin avtomobil də göndərilməmişdi”.
Bütün qeyd edilənlərlə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər