Gündəm

“AzerGold” QSC geoloji tədqiqatlarda innovativ texnologiyaların tətbiqini genişləndirir

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əsas fəaliyyət istiqamətlərindən biri geoloji kəşfiyyat işləridir. QSC-nin 2023-2024-cü illər üzrə hazırladığı geoloji kəşfiyyat strategiyasına uyğun olaraq Səhmdar Cəmiyyət tərəfindən 2023-cü ildə Daşkəsən, Göygöl, Balakən, Kəlbəcər, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən sahələrdə aktiv geofiziki və geoloji tədqiqat işləri həyata keçirilib.

"MUMtv.az" bildirir ki, tədqiqat sahələrində perspektivli filizləşmə zonalarının müəyyənləşdirilməsi üçün axtarış-qiymətləndirmə işlərinin 2024-cü ildə də davam etdirilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” QSC-yə dövlət sifarişi əsasında 2023-2024-cü illər ərzində ölkədə ümumi geoloji axtarış işlərinin bir hissəsinin icra edilməsi tapşırılıb.

Bu məqsədlə Daşkəsən, Göygöl, Kəlbəcər rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda tədqiqat sahələri genişləndirilib, eləcə də Goranboy, Ordubad və Şahbuz rayonlarında geoloji tədqiqatların icrası nəzərdə tutulub. Sözügedən ərazilərdə qısa zamanda ilkin tədqiqat nəticələri əldə etmək üçün 2024-cü ildən innovativ texnologiyaların geniş tətbiqinə başlanılır. Belə ki, cari ildə tədqiqat işlərində qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri davam etdiriləcək, eləcə də helikopter və dronlar vasitəsilə aeroelektromaqnetik tədqiqatlar aparılacaq. Bu tədqiqat metodları yer səthində axtarış-qiymətləndirmə işlərinin növbəti mərhələsi üzrə perspektivli tədqiqat sahələrinin müəyyənləşdirilməsinə, beləliklə daha çox vəsait tələb edən buruqqazma işlərinin daha kiçik arealı əhatə edən koordinatlar üzrə aparılmasına imkan verəcək.


Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər