Gündəm

Mədəniyyət Nazirliyi 2 kitabın nəşrinə 225 min manat xərcləyəcək

MUMtv.az: - Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Banu” MMC (VÖEN – 1000212851) olub.

“Banu” MMC “Əsaslı Tikinti və Təchizat” MMC-nin sifarişi əsasında “İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizminə məruz qalmış məzarlıqlar və uçurulmuş qəbir abidələri” və “Məhv edilmiş mədəni irs və dağıdılmış abidələr” layihələri çərçivəsində iki kitabın nəşrə hazırlanması xidmətlərini həyata keçirəcək.

İki kitabın nəşrə hazırlanmasına görə “Banu” MMC-yə 225 min manat ödəniləcək. Kitabların bu ilin sonuna kimi hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, tender müsabiqəsi dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib. Qalib şirkət bir mənbədən satınalma metodu ilə müəyyən edilib.

Xatırladaq ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin kitab nəşri ilə bağlı tender müsabiqəsinin yuxarıda göstərilən hallardan hansına aid edildiyi barədə məlumat mövcud deyil.

Onu da bildirək ki, iki kitabı 225 min manata nəşrə hazırlayan “Banu” MMC barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. MMC-nin nə rəsmi veb-saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Daha əvvəl hansı sahədə fəaliyyət göstərdiyi də məlum deyil.

Vergilər Xidmətinin reyester məlumatlarında göstərilir ki, 2004-cü ildə dövlət qeydiyatına alınan və nizamnamə kapitalı 10 manat olan “Banu” MMC-nin hüqui ünvanı Səbail rayonu, Məmmədyarov, ev 29, m. 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sarieh Deghatidir.

Məlumat üçün onu da bildirək ki, məşhur azərbaycanlı fotoqraf Reza Deghatinin bacısı Pəriçöhrə Deghati tətəfindən Bakıda “Banu” adlı moda evi yaradılıb. Sarieh Deghatinin rəhbərlik etdiyi “Banu” MMC ilə Reza Deghatin bacısı tərəfindən yaradılan moda evi arasında bənzər ad (“Banu”) və bənəzər soyaddan (Deghati) əlavə hansısa əlaqənin olub-olmadığı barədə məlumat yoxdur.


Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər