Gündəm

Adı olub, özü olmayan məktəb psixoloqları - “Direktorlar onlara başqa iş tapşırır”

MUMtv.az: - Məktəblilər arasında yaşanan neqativ hallar, müəyyən dövrlərdə qeydə alınan intihar hadisələri onların psixologiyasının zədələndiyini və psixoloji yardıma ehtiyacı olduqlarını göstərir.

İnsanların hadisələrə və ya biri-birlərinə mənfi reaksiyası həmin an yaşanan gərginlikdən və yaxud illərlə onlara göstərilən münasibətdən yarana bilər.

Bəzi ekspertlər hesab edirlər ki, şagirdlər ailədə, cəmiyyətdə psixi və fiziki şiddətə məruz qaldıqları və yaxud şəxsiyyət yetişdirilmədə buraxılan nöqsanlardan dolayı düzgün qərar verə bilmir və aqressiv olurlar. Buraxılan travmaları aradan qaldırmağa kömək edən insanlar isə psixoloqlardır. Ona görə də uşaqların dərs aldığı təhsil müəssisələrində psixoloqlar da fəaliyyət göstərir.

Təkcə şagird intiharı, dava-dalaşında yada düşən və qınanan psixoloqların necə, harda təhsil alması, neçə uşaqla işləməsi, nə qədər əməkhaqqı alması haqda danışılmır.

Ölkədə fəaliyyət göstərən məktəblərdə psixoloq olmaq üçün bu ixtisasa, yəni təhsildə sosial-psixoloji xidmətə yiyələnmək lazımdır. Təhsildə sosial-psixoloji xidmət ixtisasına III qrup üzrə imtahan verməklə sahib olmaq mümkündür. Bu fakültələr Bakı Dövlət Universiteti (BDU), Bakı Slavyan Universiteti, digər dövlət və özəl universitetlərdə mövcuddur.

Bəs psixoloqların işi nədən ibarətdir və onlar necə işə götürülür? Məktəblərdə neçə uşağa bir psixoloq düşür və əməkhaqqı nə qədərdir?

Təhsil sahəsi üzrə ekspert Elşən Qafarov Bizim.Media-ya açıqlamasında hazırda məktəblərdə xeyli sayda ixtisas sahibi olmayıb, amma psixoloq işləyənlərin olduğunu deyib:

“Yalnız ümumi orta, tam orta, lisey və gimnaziyalarda psixoloq ştatı var. İbtidai məktəblərdə isə yoxdur. Ölkədə 4500-ə yaxın məktəb arasında təqribən 114 məktəb ibtidai məktəbdir. Yerdə qalanlarda psixoloq ştatı mövcuddur.

Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı ilə psixoloq ştatı həm də uşaq sayına görə müəyyən olunur. 1000 nəfərə qədər şagird olan məktəblərdə bir, 1000 nəfərdən 3000 nəfərə qədər olan məktəblərdə 2, şagird sayı 3000-dən çox olan məktəblərdə isə 3 psixoloq ştatı olmalıdır.

Məktəblərdə son illərdə yalnız bu sahə üzrə təhsil almış şəxslər qəbul edilsələr də, ondan əvvəlki, xüsusilə, 2019-cu ilə qədərki 20 il ərzində işə qəbul edilən psixoloqların böyük əksəriyyətinin bu sahə üzrə təhsili yoxdur. Dərsi az olan və yaxud pedaqoji sahədə təhsil alanlar yenidən hazırlanma yolu ilə bu ixtisasa yiyələnib və həmin ştatlarda işləyirlər”.

Ekspert bu sahədə problemləri sadalayarkən psixoloq kabinetinin olmamasını və əməkhaqqının az hesablandığını da qeyd edib:

“Olan kabinetlərə indiyə qədər psixoloji vəzifənin yerinə yetirilməsi üçün müvafiq avadanlıq verilmir. Ümumilikdə isə məktəblərdə psixoloji işin metodikası yoxdur, çox bərbad haldadır. Məktəb psixoloqlarının maaşı da çox aşağıdır, baxmayaraq ki, əvvəllər məktəb psixoloqlarına dərsdənkənar məşğələ aparmağa yol verilirdisə, həmçinin, dərs demək şansı verilirdisə, son 3-4 ildə bu da yoxdur.

Nəticədə məktəb psixloqları 400 manatdan bir az artıq əməkhaqqı alırlar. Ya bu sahədə işləmirlər, ya da o adamlar işləyirlər ki, işləməsələr daha yaxşıdır. İşə nəzarət olaraq yerli idarəetmə orqanlarında da böyük problem var.

Hamımız bilirik ki, məktəblərdə psixoloji işi qurmadan tərbiyə işini görmək mümkün deyil. Reallıqla desək məktəblərimizdə psixoloji iş yoxdur. Tək-tək məktəblərdə var, o da məktəb psixoloqlarının özünün şəxsi bacarığı, peşəkarlığı əsasında yaranıb”.

Elşən Qafaraov bəzi məktəb rəhbərlərinin məlumatsızlığı ucbatından məktəb psixoloqlarına tamam başqa işlər tapşırırlar:

“Problemin başqa bir tərəfi odur ki, məktəb rəhbərlərinin özlərinin psixoloji işin təşkili ilə bağlı məlumatları və bacarıqları olmadığı üçün bir çox hallarda psixoloqlar məktəblərdə davamiyyəti yoxlayır, qapıda saxlanılırlar. Bütün bunların içərisində bizim psixoloji işin qurulmasını istəməyimiz absurd görünür.

Nə məktəbi idarə edən şəxslər, nə təhsili idarəetmə orqanlarında psixoloji işin təşkili, idarəedilməsi ilə bağlı konkret bir istiqamət yoxdur. Psixoloji işin də yox səviyyəsində olması tərbiyə işində çox ciddi problemlər yaradır və nəticə etibarı ilə bugünkü mənzərəni görə bilirik”.//siam.az


Son xəbərlər

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bütün xəbərlər