Gündəm

“Qərb regionunda belə bir filialın yaradılması...” - Teatrşünas Anar Burcəliyevdən Ceyhun Bayramova açıq məktub
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Gəncə filialının yaradılması ilə bu regiondan olan istedadlı gənclərin elə bu regionlarda fəaliyyət göstərən teatr və mədəniyyət ocaqlarına cəlb olunması məsələsinin həyata keçirilməsini təmin etmək mümkündür”

Teatrşünas Anar Məhəmməd oğlu Burcəliyev tərəfindən "Hürriyyət”in redaksiyasına məktub daxil olub.  Qəzetimiz vasitəsilə Təhsil naziri Ceyhun Bayramova, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unuversitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran xanım Mahmudovaya AÇIQ MƏKTUB ünvanlayana A.Burcəliyevin məktubunu olduğu kimi dərc edirik:

Hörmətli Ceyhun müəllim!

Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Belə ki, həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənərək təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilməklə mühüm layihələr həyata keçirilib.

Bütün bu sadalananlarla yanaşı, Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilib.

Bildiyiniz kimi, Respublikamızda mədəniyyət sahəsində yeganə ixtisaslı kadrların hazırlanması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üzərinə düşür. Kifayət qədər ixtisaslı kadrların hazırlanmasında bu Universitetin xidmətləri misilsizdir. Hər il kifayət qədər aktyor, rejissor, teatrşünas, kinoşünas və digər ixtisaslar üzrə kadrların hazırlanması və sərbəst qaydada mədəniyyət ocaqlarında işlə təmin edilməsi həyata keçirilir.

Ancaq təəssüflə qeyd etmək istəyirəm ki, bu təminatdan paytaxt teatrları və mədəniyyət ocaqları bəhrələnir. Xüsusi ilə Qərb regionunda ixtisaslı kadrların daimi olaraq Gəncə, Ağdam, Mingəçevir və Qazax Dövlət Dram Teatrlarına göndərilməsi mümükünsüzdür. Yox ki, bu regionlardan həmin Universitetdə təhsil alan yoxdur. Qeyd etdiyim şəhər və rayonlardan da hər il kifyət qədər qəbul olunan istedadlı şəxslər var. Sadəcə olaraq məsələnin kökündə başqa məqamlar dayanır.

Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunan hər bir kəs üçüncü həll edici kursdan sonra paytaxta fəaliyyət göstərən teatr və mədəniyyət ocaqları ilə sıx təmasda olmaqla referat işləri, kurs tamaşaları və diplom tamaşa müdafiələrini ancaq paytaxt teatrlarında etməklə həmin kollektivlərə alışırlar və sonda elə həmin mədəniyyət müəssisələrində də işlə təmin olunurlar.

Bununla da Gəncə, Ağdam, Mingəçevir və Qazax teatrlarının kadr potensialı məsələsinin həlli müşgülə çevrilir. Əvvəllər bu ixtisasalar üzrə təyinat mümkün idi və problem öz həllini aftomatik olaraq tapırdı. İndi bu ixtisaslar üzrə təyinat olmadığı üçün çox ciddi problemlərlə üzləşməli oluruq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamı ilə region teatrlarında "İkinci nəfəs” adlı Teatr studiyaları fəaliyyət göstərir. Bu studiyalar teatr sahəsinə marağı olan istedadlı gənclərin cəlb edilməsi ilə məşğuldur. Ancaq çox zaman bu praktika da özünü doğrultmur. Çünki bu teatr studiyalarında hazırlanan gənclər ali təhsil almaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə üz tutduqda sonda nəticə etibarı ilə yenə də paytaxtda fəaliyyət göstərən teatr və mədəniyyət ocaqlarında çalışırlar.       

Cənab Nazir!

Sözsüz ki, Azərbaycan Respublikasında həyata keçirilən təhsil siyasəti onun həm milli, həm də ümumbəşəri dəyərlər əsasında inkişafını özündə şərtləndirir. Bunun üçün təhsilə, ilk növbədə, dövlətin qayğısı zəruri hesab olunur. Ölkəmizdə təhsilin inkişafına qayğı prioritet vəzifələr sırasında olduğundan bu istiqamətdə keçirilən tədbirlər daimi xarakter alıb. Bu da yeni nailiyyətlər qazanılmasında başlıca amildir.

Göstərilənləri nəzərə alıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Gəncə filialının yaradılması ilə bu regiondan olan istedadlı gənclərin elə bu regionlarda fəaliyyət göstərən teatr və mədəniyyət ocaqlarına cəlb olunması məsələsinin həyata keçirilməsini təmin etmək mümkündür. Qərb regionunda belə bir filyalın yaradılması ikinci böyük şəhərimiz sayılan Ulu Şeyx Nizami yurdu olan Gəncənin elmi potensialından daha səmərəli istifadə etməklə teatrlarımızı bu problemdən azad etmiş olarıq. Ümid edirəm ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Gəncə filyalının yaradılması məsələsinə öz müsbət münasibətinizi bildirəcəksiniz.

Bütün köməkliklər üçün Sizə öncədən dərin təşəkkürümü bildirirəm”.


Son xəbərlər

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bütün xəbərlər