Gündəm
Gündəm
Rusiyada unikal sarı brilliant satılıb
"Alrosa" şirkəti zərgəllik məhsullarında dünya brendi sayılan "Graff Diamonds"a 20,69 karatlıq unikal "Firebird" sarı brilliantı satıb.
FaktXəbər-in məlumatına görə, bu barədə Rusiya şirkətinin saytında yazılıb.
Sözügedən brilliant Amerikanın Gemoloji İnstitutu (GIA) sertifikatlaşdırılıb. Eyni zamanda sarı brilliant simmetriya və cilalanmaya görə ən yüksək qiymət alıb.
GİA-nın keyfiyyət üzrə direktoru Con Kinq brilliantin unikkallığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, bazarlarda bu tip brilliantlara nadir hallarda rast gəlinir.
Həmçinin məlumatda qeyd eidlir ki, sarı "Firebird" brilliantı son illərdə ən yüksək qiymətə satıldığı qeyd edilsə də, onun ümumi dəyəri açıqlanmayıb.