Gündəm

Keçmişi qaranlıq olanların bugünkü şübhəli addımları - TENDER

"MUMtv.az"  "DogruXeber.az"a istinadən  xəbər verir ki, 12.01.2024-cü il tarixində "Dövlət satınalma portalında"Sabunçu Tibb Mərkəzi" Publik hüquqi şəxsinin "Premium Təchizat" MMC ilə tender imzaladığı barəsində məlumat yerləşdirilib.

Sözügedən müqavilədə satınalma predmeti olaraq, "digər malların alınması" üçün 25.683,22 (iyirmi beş min altı yüz səksən üç, iyirmi iki) AZN məbləğin xərclənəcəyi qeyd olunub.

Ətraflı məlumat bölməsinin boş saxlanıldığı müqavilə barəsində məlumat almaq üçün "Sabunçu Tibb Mərkəzi" Publik hüquqi şəxsinin internet üzərindən əldə etdiyimiz yeganə (+99455) 429 64 50 telefon nömrəsi ilə əlaqə saxladıq, təəssüflər olsun ki, iş saatı olmasına baxmayaraq, telefona cavab verilmədi.

Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovadır.

Keçmişi qaranlıq olanların bugünkü şübhəli addımları - TENDER

O, Nurəngiz Bəşirova ki, əvvəllər Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Barəsində korrupsiya faktları olduğuna görə, tutduğu vəzifədən azad olunmuşdu. Lakin, bir müddət sonra, Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyinat aldı, orada da uzun müddət baş həkim vəzifəsində çalışıb, özü haqqında kifayət qədər narazılıqlar yaradan Nurəngiz Bəşirova uzun müddət sonra oradakı vəzifəsindən azad edildi. Xocavənd rayon sakinlərinin sözlərinə görə Xocavənd icra başçısı Eyvaz Hüseynovla yaxın münasibətləri olan Nurəngiz xanımın adı illərdir ki, mətbuatda qalmaqallı mövzularda çəkilir. Xəstə yaxınlarına, xəstələrə, eləcə də xəstəxana çalışanlarına qarşı kobud davranışları ilə "şöhrət qazanan" bu xanımın, eyni zamanda rüşvətxor olduğu və müxtəlif səbəblərlə Beyləqan rayon mərkəzi xəstəxanasında müxtəlif məbləğlərdə pullar mənimsədiyi barəsində məlumatlar da yerli saytlarda qeyd edilir.

Yuxarıda sadaladığımız məlumatlardan sonra Nurəngiz Bəşirova tutduğu vəzifədən azad ediləndə sözün əsl mənasında sevinən soxsaylı Beyləqan sakinləri və xəstəxana işçiləri onun həbs ediləcəyini deyirdilər. Lakin, çox qısa zamanda o, Sabunçu Tibb Mərkəzinə direktor vəzifəsinə təyinat aldı. İllərdir ki, hətta, "ölüxana" adı ilə dillərə düşən tibb mərkəzi Nurəngiz Bəşirovanın gəlişi ilə fəaliyyətində müsbətə doğru heç nə dəyişmədi, lakin ara-sıra tez-tez mərkəzin adı imzaladığı tender müqavilələri ilə Satınalma portalında yer alır.

Sabunçu Tibb Mərkəzinin 25.683 (iyirmi beş min altı yüz səksən üç) manatlıq "digər mallar" alacağı "Premium Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinə gəldikdə isə internet üzərindən barəsində geniş axtarış aparsaq da heç bir məlumata rast gəlmədik ki, bu da yaranmış şübhələri daha da artırır.

Keçmişi qaranlıq olanların bugünkü şübhəli addımları - TENDER

Bundan əlavə, eyni gündə Ərazi Tikinti-planlaşdırma mərkəzi də iki tender müqaviləsi imzalayıb.

"Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu (VÖEN: 1400126121) ilə Naxçıvan şəhərinin Baş Planının hazırlanması xidmətləri üçün olan müqavilədə 1.286.200 (bir milyon iki yüz səksən altı min iki yüz) AZN, Chapman Taylor LLP ilə Naxçıvan şəhərinin Baş Planının strateji konseptual layihəsinin, ayrı-ayrı binaların və ictimai məkanların memarlıq həlləri üçün bağlanmış müqavilədə isə 9.015.855,55 (doqquz milyon on beş min səkkiz yüz əlli beş, əlli beş) AZN xərclənəcəyi qeyd edilib.

Lakin, bu müqavilələrdə ətraflı məlumat bölməsinin boş olmasından əlavə daha bir diqqətçəkən məqam tenderin qalibi kimi göstərilən Chapman Taylor LLP şirkətinin vergi ödəyicisi nömrəsi yerində sadəcə 0000000000-lar qeyd edilmiş olmasıdır.

Qeyd edək ki, "DogruXeber.az" olaraq, məlumatla bağlı Ərazi Tikinti-planlaşdırma mərkəzi ilə telefon əlaqəsi saxlamağa çalışdıq, lakin, uzun müddət xəttə gözləyib, operatorla əlaqə yarada bilmədik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər