Gündəm

Tender kralı Hacı Ramazanın BİZNES SƏLTƏNƏTİ... - Büdcə pulları BELƏ YEYİLİR...

MUMtv.az: - Azərbaycan iqtisadiyyatının çoxsaylı zəif həlqələrindən biri də dövlət tenderləridir, bu tenderlərin bir çoxunda korrupsiya o qədər yüksəkdir ki, artıq bu hal bir çox millət vəkillləri və dövlət məmurları tərəfindən açıq şəkildə etiraf edilir.

Dövlət tenderlərində ən çox qalib olan şirkətlər var ki, onların sahibi, özləri haqqında ciddi məlumatlara rəst gəlmək olmur. Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən il ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri "tender kralı" kimi tanınan iş adamı hacı Ramazan Mirzəyevdir.

İş adamı hacı Ramzan Mirzəyevin "tender kralı" kimi tanınmasının səbəbi isə, ona bağlı şirkətlərin daim tender satınalmalarında qalib olmasıdır. İllərdi dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış apardığımız zaman hansısa ciddi bir məlumata rast gəlməyəcəyik. Bu şirkətlərin nə rəsmi adresləri, ofisləri, nədə sosial şəbəkələrdə hesabları belə mövcud deyil.

Dövlətdən on milyonlarla vəsait alan belə şirkətlərin şəffaflıqdan və hesabatlıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının isə bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur.

Xalqxeber.az bildirir ki, 2013-ci ildən 2022-ci ilə qədər Ramazan Mirzəyevə məxsus şirkətlərin dövlət qurumlarından udduqları tenderlerin ümumi həcmi 1,5 milyard manata yaxındır.

Bu şirkətlərin həyata keçirdiyi tenderlərdə dövlət vəsaitinin bir hissəsinin mənimsənilməsi isə hər kəsə məlumdur.
Məlumata görə Ramazan Mirzəyev son illər daha çox nəzərə çarpmamaq üçün tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz edir.
İş adamına "tender kral"ı titulunu qazandıran əsas şirkətləri isə “VEST-LTD” QSC ilə "İnpeks.N." MMC şirkətləridir.
Ramazan Mirzəyevin şirkətləri ilə bağlı apardığımız kiçik araşdırmada ortaya çıxan mənzərədə məlum olur ki, "tender kralı" Bakı şəhər İcra Hakimiyyətinin, digər rayon icra hakimiyyətlərinin, həmçinin Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş Mədəniyyət Nazirliyininin, Elm və Təhsil nazirliyinin və sair qurumların satınalmalarında ƏBƏDİ “qalib” olur.

İş adamı böyük tenderləri VEST-LTD” QSC ilə "İnpeks.N." MMC şirkətləri ilə udsada, digər kiçik satınalmalar və katirovka sorğularında isə əsasən 10 manatlıq mmc-lərini işə qoşur. Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə sahib olması ilə bağlıdır.

Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2019-2020 - ci illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.//siam.az


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər