Gündəm

Sürücülər bu yolda cərimələnib - Sürət həddi 70 qoyulub, amma radar 60-ı çəkib (VİDEO)

MUMtv.az: - Goranboyda bir yolda sürət həddini göstərən yol nişanı dəyişdirilib. Lakin sürəti ölçən texniki vasitələr yeni nişanın tələbinə uyğun uyğunlaşdırılmayıb. Ona görə də sürücülərə cərimə gəlib. Düzdü, "Xəzər Xəbər"in çəkilişindən sonra problem aradan qaldırılıb. Bəs indiyə qədər cərimə edilən sürüclərin aqibəti necə olacaq? Onların ödədikləri cərimə pulları geri qaytarılacaqmı?

Sürcülərin narazılığına səbəb olan radar Goranboy-Tərtər yolunun rayonun Qızılhacılı qəsəbəsi ərazisində quraşdırlıb.

Burada yol nişanı dəyişsə də sürücülər köhnə qaydaya uyğun cərimələnir.

Sürət həddi saatda 70 kilometr göstərildiyi halda sürücülər qaydalara uyğun olaraq hərəkət ediblər. Lakin buna baxmayaraq radara düşüb cərimələniblər.

Sürücü Yasin Nəbiyev bildirib ki, əvvəl həmin radardan öndə saatda 60 kilometr sürət işarəsi qoyulmuşdu. Bir müddət sonra isə həmin sürət həddini göstərən işarə 70-lə əvəzləndi. Amma radarın sürəti ölçməsi isə saatda 60 kilometrdə qalıb. Ona görə də orada 71-73-75 km/saatla hərəkət edən sürüclər cərimələnir.

Həmin yolda hərəkət edən marşrut sürücüləri də radarın düzgün işləmədiyini iddia edirlər. Radara çatmadan öncə qoyulan 70 işarəsinin onları çaşdırdığını və nəticədə cərimə olunduqlarını bildirirlər.

Sürücülər üçün yaranan problem "Xəzər Xəbər"in çəkilişindən sonra öz həllini tapıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin ərazidə məsuliyyətə cəlb olunanlar Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərlər.

O da qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılacaq və vətəndaşlara köməklik göstəriləcəkdir.//qaynarinfo

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Son xəbərlər

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı — FOTO

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Bütün xəbərlər