Gündəm
Gündəm / Dünya
Ermənistanda nazir dindirildi - Adı cinayət işində hallanır
Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən dindirilib.
"MUMtv.az" erməni KİV-ə istinadən xəbər verir ki, nazir koronavirus epidemiyası zamanı sui-istifadə halları ilə bağlı araşdırılan cinayət işinə görə sorğu-sual edilib.
Onun sözlərinə görə, dindirmə ilin sonunda olub: "Dekabrın ortaları və ya noyabrın sonu idi. Amma dəqiq günü xatırlamıram".
Xatırladaq ki, bu iş üzrə keçmiş nazir Arsen Torosyan da dindirilib.