Gündəm

Bakı Nəqliyyat Agentliyi bu vəzifəli şəxsin qardaşına verilibmiş - FOTO

MUMtv.az: - Xəbər verdiyimiz kimi, ötən ilin aprel ayında bir sıra qurumlarla yanaşı, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyinə verilib. Birləşmədən sonra Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli vəzifəsini itirib.

Vüsal Kərimli BNA-ya rəhbərlik etdiyi dövrdə müsbət yenilikləri ilə deyil, daha çox cərimələri ilə ictimiyyətin yadında qalıb.

Bəs hazırda paytaxtın ictimai nəqliyyatına cavabdeh olan şəxs kimdir?

Demokrat.az-ın məlumatına görə, hazırda Bakı Nəqliyyat Agentliyinə (BNA) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun qardaşı Heydər Rüstəmov rəhbərlik edir.

Heydər Rüstəmov həm də “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin sədr müavinidir. Vüsal Kərimlinin gedişindən sonra Bakı Nəqliyyat Agentliyi rəsmi olaraq onun adına rəsmiləşib.

Heydər Rüstəmov həm AYNA-nın sədr müavini, həm də Bakı Nəqliyyat Agentliyinin yeni rəhbəri kimi hələ ki, diqqətçəkən yeniliklər edə bilməyib. Əksinə, yollarda tıxac problemi əvvəlki kimi qalmaqla yanaşı, Bakının əksər küçə yolları qəfil xətlənərək, daraldılır və parkinqə çevrilir. Hətta, restoran, market və digər iaşə obyektlərinin də özlərinə məxsus olan dayanacaq yerlərinin AYNA tərəfindən qəfil zəbt olunaraq, parkinqə çevrilməsi barədə şikayətlərin sayı artmaqdadır.

Göründüyü kimi, Vüsal Kərimli postundan getsə də, ancaq paytaxt Bakının nəqliyyat problemləri hələ də qalmaqdadır. Ümid edək ki, Bakının Baş Planının həyata keçməsindən sonra nəhayət ki, sözügedən problemlər həllini tapacaq. //pravda.az

Bakı Nəqliyyat Agentliyi bu vəzifəli şəxsin qardaşına verilibmiş - FOTO


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər