Gündəm

“Bakı İrəvanla sülh sazişi üzrə danışıqların növbəti mərhələsinin keçirilməsinin tərəfdarıdır”

Bakı yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir.

"MUMtv.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında bütün sülh prosesinin tərkib hissəsidir: “Danışıqların əsas qayəsi sülh sazişi mətninin (Bakı ilə İrəvan arasında) razılaşdırılmasıdır. Burada bütün əsas parametrlər, o cümlədən kommunikasiyaların bərpası göstərilir. Digər iki vacib məsələ isə kommunikasiyaların açılması, həmçinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasıdır”.

Nəqliyyat kommunikasiyalarının bərpasından danışan E.Əmirbəyov Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin bərpası təşəbbüsünü xatırladaraq qeyd edib ki, bu, Azərbaycan vətəndaşlarının quru yolla maneəsiz Naxçıvan Muxtar Respublikasına gedə bilməsi üçündür: “Söhbət çox təəssüf ki, münaqişə nəticəsində dağılmış 42 kilometr dəmir yolundan gedir. Bu, təkcə çatışmayan sahənin tikintisi ilə bağlı deyil. Yeri gəlmişkən, biz tərəfdən bu iş demək olar ki, yekunlaşıb. Mən Horadiz-Ağbənd hissəsini nəzərdə tuturam. Təəssüf ki, Ermənistan hələ bu layihənin texniki əsaslandırılması üzərində işlərə başlamayıb”.

Prezidentin köməkçisi vurğulayıb ki, rəsmi Bakı yaxın gələcəkdə sülh sazişi layihəsinin müzakirəsi üçün Azərbaycan və Ermənistan rəsmiləri arasında danışıqların növbəti mərhələsini keçirməyə ümid edir: “Ümid edirik ki, danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq və yeri gəlmişkən, Azərbaycan tərəfindən hazırlanmış və ilk dəfə bir ildən bir az əvvəl Ermənistana təqdim olunmuş sülh sazişi layihəsinin müzakirəsi bərpa olunacaq. Sazişin mətni üzrə fiziki danışıqlar aparılmadığı halda, iki tərəf arasında layihələrin mübadiləsi davam etdirilir, yəni hər bir tərəf bu sazişin növbəti layihəsinə öz şərhlərini və düzəlişlərini təqdim edir. Biz, və təkcə biz yox, ümid ediri ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra danışıqlar yolunda irəliləyişə nail olmaq şansları xeyli artıb”.

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər