Gündəm

"Gələn ilin mart-aprel aylarında sülh müqaviləsi imzalana bilər" - Politoloq

"Düşünürəm ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada Azərbaycan Prezidenti ilə normal polemika apardı. Belə bir görüntü sərgiləndi ki, iki tərəfin də heç bir vasitəçiyə ehtiyacı yoxdur. İkilikdə də bu məsələ həll edilə bilər".

Bunu "MUMtv.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, yanvarda Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılıb:

"Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqları ciddi mesaj idi ki, biz artıq bir-birimizi başa düşürük. Aramızda normal münasibətlər bərqərar olub. Üstəlik sülh müqaviləsi ilə bağlı istənilən məsələni birlikdə müzakirə edib, çözə bilərik. Bu istiqamətdə lazım olan addımların atılması davam edəcək. Ola bilsin bu Qərbə və Rusiyaya mesaj idi ki, özümüz bir-birimizi yaxşı başa düşürük, bu istiqamətdə işləri aparmaq fikrindəyik". 

Q.Hüseynli xatırladıb ki, qarşıdan prezident seçkiləri gəlir və həmin müddətə qədər sülh müqaviləsinin imzalanması çətin görünür: "Amma 2024-cü ilin  birinci yarısında sülh müqaviləsinin imzalanması real görünür. Vaşinqtonun da bu prosesdə təşəbbüsü ələ aldığı görünməkdədir. Rusiyanın proseslərdən uzaqlaşdırılması üçün lazım olan basqılar həyata keçirilir. Güman edirəm ki, gələn ilin birinci yarısında, mart-aprel aylarında sülh müqaviləsi imzalana bilər".

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub. Söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.

Son xəbərlər

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Günəşdə 25 ilin ən güclü partlayışı baş verib

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır? - MÖHTƏKİR MARAĞI...

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dövlət büdcəsindən talanan milyonlara Vüqar Əhmədovla Kamil Hüseynovdan başqa daha kimlər şərikdir

Azərbaycanda aylıq minimum əməkhaqqı ilə bağlı yenilik ola bilər

BDU 136 boş vəzifəni müsabiqəyə çıxardı

Bütün xəbərlər