Gündəm

“Kristal Abşeron”un sahibinin “az aşım, ağrımaz başım” prinsipi…

MUMtv.az: - Zaman-zaman Milli Məclisdə təmsil olunan deputatlarn susqunluğu haqda yazılıb, deyilib. Deputat mandatının bəziləri üçün sadəcə biznesini qorumaq vasitəsi olması artıq sirr deyil. O da təsadüfi deyil ki, ölkənin müxtəlif sahələrində ən böyük iş adamlarının əksəriyyəti parlamentdə təmsil olunur. Onlardan biri də tikinti sahəsində hədsiz böyük paya malik olan deputat Ağalar Vəliyevdir.

Onun rəhbərlik etdiyi (rəsmi formada olmasa da) “Kristal Abşeron” şirkəti ölkənin müxtəlif regionlarında, xüsusilə paytaxt Bakıda böyük layihələr icra etməklə yanaşı, dövlət səviyyəsində gerçəkləşdirilən irimiqyaslı proqramlarda da iştirak edir. Bunların sırasına qaçqın və məcburi köçkünlər, şəhid ailələri və qazilər üçün tikilən binaları, fərdi mənzilləri daxil etmək olar. Yəni haqqında danışdığımız adam ölkənin tikinti sahəsində hədsiz böyük paya sahib olan bir şirkətin sahibidir.

Bütün bunlara baxmayaraq, A.Vəliyevin adı hər zaman susqun deputatların siyahısında olub. “Susqun deputatlar” dedikdə , sayı sizə az gəlməsin, parlamentin, demək olar ki, yarısı bu kateqoriyaya aiddir.

Ağalar Vəliyev isə bunların içərisində xüsusilə seçilir. “Qəhrəmanımız” 2020-ci ilin fevralında özünü buraxan parlamentin yerinə keçirilən növbədənkənar seçkilərdə 7 saylı Goranboy-Ağdam- Tərtər seçki dairəsindən “seçilib”. Buna qədər isə o, parlamentdə 11 saylı Qaradağ Seçki Dairəsini təmsil edib. 2020-ci ilin fevral ayından bəri Milli Məclisin meclis.gov.az saytında yerləşdirilən stenoqramlarda A.Vəliyevin yalnız bir çıxışı var: 09.04.2020 – tarixində keçirilən iclasda o, 2019-cu il üzrə dövlət büdcəsinin icrasına dair çıxış edərək mövzu ilə bağlı uzun bir mədhiyyə səsləndirilib. Vəssalam!
Bu yerdə xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 9-du maddəsinə görə, MM deputatının qanunvericilik təşəbbüsü hüququ var. Ən azı bu hüquqdan istifadə edən deputat müzakirələrdə iştirak edə, müəyyən çıxışlar edə bilər. Belə ki, həmin maddədə bildirilir ki, deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər edilməsi haqqında layihə təklif edə bilər;
qüvvədə olan qanunun və ya qərarın ləğv edilməsi haqqında layihə təklif edə bilər;
Azərbaycan Respublikasının Milli Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər edilməsi haqqında təkliflər irəli sürə bilər.
Göründüyü kimi, Milli Məclisdə təmsil olunan hər bir deputatın danışması, çıxış etməsi üçün xeyli səbəb və yaxşı şərait var. Eyni zamanda deputatlar seçicilərini narahat edən məsələlərlə bağlı parlamentdə məsələ qaldıra bilərlər. Lakin bunun üçün görünür həqiqətən də seçicilərin səsini təmsil etmək lazımdır. Hansı ki, biz bir neçə deputatın timsalında bunu görürük. “Bizim deputat” isə necə deyərlər, “az aşım, ağrımaz başım” prinsipi ilə susmağa, səsini çıxarıb gündəmə gəlməməyə üstünlük verir.
Ağalar Vəliyevin stenoqramlar siyahısında qarşımıza çıxan yeganə çıxışından bir parçanı təqdim edirik: “Hörmətli Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar və hökümət üzvləri! Çağdaş tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün ötən 2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və uğurla gerçəkləşdirilən irimiqyaslı köklü islahatlarla əlamətdar olmuşdur. Müzakirəmizə təqdim olunan, zəngin strukturu, analitik informasiyaları və məzmunlu təhlilləri ilə seçilən Nazirlər Kabinetinin hesabatı, zənnimcə, yüksək peşəkarlıqla mükəmməl hazırlanmışdır…”
Əslində uzun çıxışdır, biz sadəcə girişini təqdim etdik: haqq etmədiyi kürsüdə oturan hər kəs belə bəlağətli danışar yəqin ki…
P.S. Ağalar Vəliyevin MM-in komitə iclaslarındakı fəaliyyəti ilə bağlı məlumatlı olmadığımız üçün yuxarıda yazılanların plenar iclaslara aid olduğunu xüsusi qeyd etməyi lazım bildik.//Afn.az


Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər