Gündəm

Poliklinikalarda “xəstə ovu” - NƏ ETMƏLİ?

MUMtv.az: - “Bu gün bizim məqsədimiz dövlət xəstəxanalarında həkimlərin 1000 manatdan az maaş almamasıdır. Sabit əlavə və bonuslarla birlikdə terapevtlər orta hesabla 1600 manata yaxın maaş alırlar.” Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, cərrah və oftalmoloqlarda bu məbləğ daha çoxdur: “Bu məbləğ digər ölkələrlə müqayisədə bir az aşağıdır. Xidmətlər zərfində bir çox qiymətlər artıb. Qurum tərəfindən xəstəxanalara xidmətlər çərçivəsində ödənən məbləğlər həmin əməliyyatları icra edən həkimə bonus olaraq yazılır. Cərrahlar təbii ki, nisbətən daha çox məvacib alırlar. Bu da onların icra etdikləri bahalı əməliyyatların qiymətlərinə görə dəyişir”. Sosial şəbəkələrdə həkimlərin 60 min manat maaş alması ilə bağlı iddialara cavab verən Zaur Əliyev bildirib ki, bu, bəzi yüksək ixtisaslı cərrahlara şamil edilə bilər: “Çox az sayda cərrah var ki, icra etdiyi bahalı cərrahi əməliyyatların bonusları, Vahid tarif cədvəli və aylıq sabit əlavələrlə birlikdə bu məbləği ala bilir”.

Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, işlədiyi müəssisədən, xəstə qəbulu, keçirdiyi cərrahiyyə əməliyyatı sayından asılı olaraq həkimlər müxtəlif məbləğlərdə əməkhaqqı alır:

- Demək olmaz ki, bütün həkimlər eyni dərəcədə yüksək əməkhaqqı alır. Bu, tibb müəssisəsinə, fəaliyyət göstəricilərinə görə dəyişir. Kim istəməz ki yüksək əməkhaqqı almasın? İcbari Tibbi Sığortanın üstünlüyü bu olmalıdır. İcbari tibb sığorta təkcə pasiyentlər üçün, vətəndaş üçün nəzərdə tutulmur. Dünyanın əksər ölkələrində icbari tibbi sığorta tətbiq edilir, həkimlər də normal səviyyədə əməkhaqqı alırlar. Bu xərcləri dövlət qarşılayır. Hətta elə ölkələr var ki, orada həkimlər özəl tibb müəssisəsində çalışmaqdansa, dövlət nəzarətində olan müəssisədə işləməyə üstünlük verir, çünki belədə daha rahat iş qrafiki və daha yüksək əməkhaqqı almaq imkanları olur. İcbari tibbi sığortada fiksasiya olunmuş maaş sistemi tətbiq edilməlidir, həkimlərin akkreditasiya dərəcəsindən asılı olaraq. Qardaş Türkiyədə, Almaniyada, Böyük Britaniyada bu sistem tətbiq edilir. Bizdə də bu sistemə keçilməlidir ki, həkim nə qədər əməkhaqqı alacağını bilsin. İdarə Heyəti sədrinin dediyi kimi, bonuslar yazılır həkimlərə, aylıq sabit əlavələr var. Sabit əməkhaqqı cədvəli olmalıdır, hansı xidmətin nə qədər bonus qazandırdığı, əməkhaqqına hansı halda əlavələr ediləcəyi bilinməlidir ki, həkim də fəaliyyətini buna uyğun tərtib etsin. İndi poliklinikalarda “xəstə ovu” gedir. Vətəndaş adi bir məsələni soruşmaq, məlumat almaq istəyir, həkim “get adıma çek gətir”, deyib müraciət etmək istəyən adamı qeydiyyat şöbəsinə göndərir. Amma sonra məlum olur ki, bu pasiyentə o həkim baxası deyil, heç onun sahəsi də deyil. Həkimləri bu cür “xəstə sayı” ilə yormaq, onları “tamahkar” kimi qələmə vermək olmaz. Elə bir sistem olmalıdır ki, həkim nüfuzu qorunsun. Pasiyentin müayinəsinə görə həkimin əməkhaqqına normal səviyyədə əlavələr edilməlidir ki, həkim də xəstə “ardınca” qaçmasın.


Son xəbərlər

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Bütün xəbərlər