Gündəm

Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşdü

Dekabrın 13-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Fonddan "MUMtv.az"a bildirilib ki, görüşdə Hikmət Hacıyev Aktotı Raimkulovanı Türk dövlətlərinin başçıları tərəfindən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edib. O, müasir dövrdə Türk xalqlarının hərtərəfli inteqrasiya proseslərinin gücləndirilməsinin önəmindən bəhs edərək, Türk dövlətlərinin mədəni əlaqələrinin inkişafında Təşkilatın rolunu vurğulayıb.

Söhbət zamanı Aktotı Raimkulova Qarabağın işğaldan azad olunmasını Azərbaycan və bütövlükdə Türk dünyası üçün tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirib. Təşkilatın rəhbəri bu il Türk dünyasında təntənəli şəkildə qeyd olunan əlamətdar yubileylər sırasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə diqqət çəkib.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasında və qurulduğu ilk illərdən təşkilatın fəaliyyətinə dəstəyin verilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb. O, Fondun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa prosesinə töhfə verilməsinə, eləcə də ölkənin təklifləri əsasında təşkilatın bundan sonrakı fəaliyyətlərində yeni strateji istiqamətlərin həyata keçirilməsinə hazır olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Son xəbərlər

Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....

Azad olunmuş ərazilərə növbəti 3 tədris ilində ayrılacaq vəsait açıqlandı

Gənc qadınlarda xərçəng riski artır: Səbəblər və qarşısını almağın yolları

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı

Milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

DYP piyadalara müraciət etdi

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

Azərbaycan nefti bahalaşdı

Zelenski ilə görüşəcəyi tarix bəlli oldu

ABŞ Ukraynaya qoşun göndərməyəcək - SƏBƏBİ

“Best Beef”in istehsal etdiyi kolbasa və sosisləri yararsız çıxdı-Alıcılar belə aldadılır….

Bu energetik içkilər xərcəng yaradır……

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

Bütün xəbərlər