Gündəm

Əhməd İsmayılov öz dediklərini inkar edirsə, medianın gələcəyi sual altındadır...

“Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər. Sadəcə, kimsə özünü media reyestrində qeydiyyatdan keçirmək istəyirsə, həmin jurnalistlər dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə edə bilirlər. Bir daha qeyd edirəm ki, media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, qətiyyən media reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”.

"DogruXeber.az" bildirir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 06.02.2023-cü il tarixində keçirilən iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib.

- “Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcəklər”

Maraqlıdır ki, bu sözləri də "Medianın İnkişafı (əleyhinə) Agentliyinin icraçı direktoru Əhməd İsmayılov 12.01.2023-cü il tarixində agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
Necə deyərlər, özü özünü təkzib edib.

07.11.2023-cü il tarixində isə "pressklub.az" və digər saytlarda "Medianın İnkişafı Agentliyi qeydiyyatdan keçməmiş saytları məhkəməyə verməyə başlayıb" başlıqlı yazılar dərc edildi.

Qeyd edək ki, reyestrdən keçmək üçün müraciət etməyən bəzi saytların fəaliyyətinə artıq xitam verilib.

Reyestrdən keçən saytların siyahısına baxanda isə oradakı sayt adlarının əksəriyyəti heç mətbuat sahəsində çalışan bizə tanış gəlmir, o ki, qaldı cəmiyyət tanısın. Amma, nə olsun?! Əsas odur ki, Əhməd İsmayılov tanıyır.

Görünür fəaliyyətinə görə heç də özündən əvvəlki qurum olan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan (KİVDF) geri qalmayan yeni yaradılmış Medianın İnkişafı (əleyhinə) Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da hazırda həbsdə olan keçmiş KİVDF rəhbəri Vüqar Səfərlinin yoxluğunu hiss etdirmir.

Qanunla gündəlik ən azı 20 özəl xəbər yayımlamaqla reyestrdən keçməli olan saytların əksəriyyəti bunu etmədən, günlərlə özəl xəbər vurmadan, hətta, ümumilikdə gündə 3-5 xəbər dərc edən saytlar var ki, adları MİA-nin reyestrindən keçib.

Yeri gəlmişkən, "DogruXeber.az" informasiya portalı olaraq, biz də reyestrdən keçmək üçün MİA-nə iki dəfə müraciət etdik. Birinci dəfə verdikləri imtinanın səbəbini belə izah etdilər ki, xəbərlərin mətnləri sizin özəl yazılarınız olsa da, hadisələr başqa saytlarda da yayımlanıb. Nə qədər gülməli olsa da biz bunu qəbul etdik və MİA-nin məsul şəxslərindən biri olan Natiq müəllimin izah etdiyi qayda ilə bir ay da çalışıb, yenidən sorğu göndərdik. İkinci dəfə də imtina verdilər.

Səbəbə baxın!

"DogruXeber.az" informasiya portalında yayımlanan özəl məlumatlardan biri bir neçə dəqiqə əvvəl "Kanal14.az" saytında da yayımlanıb.
Agentliyin məsul əməkdaşı Elşən adlı şəxs özü də etiraf edir ki, "bilirik, "kanal14.az" da sizindir, hər iki saytın domeni bir şəxsin adına qeydiyyatdadır. Amma, xəbərin biri ilk olaraq, "kanal14.az"da yayımlanıb. Bunu qəbul edə bilmərik".

Qeyd edək ki, "DogruXeber.az" informasiya portalının baş redaktoru Kamal Əsgərov imtina ilə razılaşmadığı üçün hüququndan istifadə edərək, inzibati qaydada məhkəmə iddiası qaldırdı.

Bir müddət əvvəl bir "təkanla" "ASAN xidmət"dən atlanıb, birbaşa 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakim kürsüsünə "düşən" Orxan Həsənov adlı hərbi xidmətdə olub-olmadığı sual altında olan gəncin 6 ay fikirləşdikdən sonra, məhkəmə prosesi zamanı deyil, məhz iddiaçını yola saldıqdan sonra verdiyi qərar barəsində məlumatları dərc etmişdik.

Əhməd İsmayılov kimlərinsə siyahısı əsasında reyestrə baxır? - MƏHKƏMƏ

Qeyd edək ki, Kamal Əsgərov qərarla razılaşmayıb, məsələ ilə bağlı Bakı Apellyasiya məhkəməsində yenidən iddia qaldırıb.
18.01.2024-cü il tarixində Bakı Apellyasiya məhkəməsində məsələ ilə bağlı ilk məhkəmə prosesi baş tutacaq.
Ümid edirik ki, Appelyasiya məhkəməsinin bu çəkişməyə sədrlik edəcək olan hakimi ədalətli qərar verəcəkdir. Amma, hələlik bu sadəcə ümiddir.

Gedişatlarla mütəmadi olaraq, izləyicilərimizi də xəbərdar edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər