Gündəm

Səhiyyə Nazirliyi ilə Kubanın İctimai Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Kuba Respublikasına səfəri davam edir.

"MUMtv.az" xəbər verir ki, Azərbaycan və Kuba arasında səhiyyə sektorunda əməkdaşlıq, birgə təşəbbüslər, mütərəqqi texnologiyaların inkişafının və tətbiqinin genişləndirilməsi üzrə əməkdaşlığı nəzərdə tutan “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda imzalayıblar.

Anlaşma Memorandumunun məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, eyni zamanda əməkdaşlıq proqramlarının həyata keçirilməsidir.

Memorandumda akademik və elmi mübadilə, əczaçılıq və biotexnologiyalar sahəsində birgə fəaliyyətlər, diplomdansonrakı təlimlər, tibbi turizm əsas əməkdaşlıq istiqamətləri olaraq müəyyən edilib. Eyni zamanda sənəd, yoluxucu və xroniki qeyri-yoluxucu xəstəliklər, o cümlədən İİV/QİÇS, xərçəng, şəkərli diabet, cərrahiyyə və tibbin yüksək dəqiqlik tələb edən istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.

Memorandumda birgə konfransların təşkili, səhiyyə mütəxəssislərinin təlimlərinin keçirilməsi də nəzərdə tutulub.

Daha sonra səhiyyə nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilib.

Səhiyyə Nazirliyi ilə Kubanın İctimai Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

Sənədin əhəmiyyətini vurğulayan Teymur Musayev və Xose Anxel Portal Miranda Memorandumun ölkələr arasında səhiyyənin inkişafı sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi, konkret imkanlardan yararlanması və tibb elminin birgə inkişaf potensiallarının artırılmasında mühüm rol oynayacağını qeyd ediblər.

Görüşdə həmçinin, Memorandumda nəzərdə tutulan əməkdaşlıq sahələri üzrə gələcək fəaliyyətlərə dair müzakirələr aparılıb.

Son xəbərlər

"Vosmoy bazarı" ləğv olunur

"Bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq" - AÇIQLAMA

“Çirkli pul”lara” amnistiya:”İş adamlarını qorumaq üçün...” - AKTUAL

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi təxirə SALINDI

Qızılcaya yoluxanlara antibiotik vurmaq olmaz - RƏSMİ

2024-cü il dünya tarixində "ən isti il" olacaq

Vanqa 2024-ü necə görüb? - Putin, xərçəng və daha nələr

Buğda istehsalçılarına aldığı kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək

Prezident Rusiya ilə bağlı olan sazişi təsdiqlədi

Mirzoyan və Lavrov qapalı görüş keçirir

“Eşq mələyi” - Qadın həbsxanasında kitab təqdimatı // FOTO

Laçından Zabuxa avtobus marşrutu açılacaq

Ölkənin psixoloq bəlası - “bazar var, gəlim” fəlsəfəsindən necə qurtulaq....

Prezidentə və Birinci Vitse-Prezidentə Xətai rayon Məhkəməsindən şikayət. Tapşırıqla işləyənlər!-VİDEO

"Ermənistan dost ölkədir" - Kreml

Prezidentdən 5 milyonluq SƏRƏNCAM

Maliyyə Nazirliyinin AQTA-ya verdiyi mühüm sənəd yoxa çıxdı

"SİPARK" MTK sakinləri süründürür - VİDEO

Bakıda 10 yaşlı şagird qızılcadan ÖLDÜ

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq

Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi

Bu il aqrar sahəyə nə qədər kredit və güzəşt ayrılacaq? - Nazir AÇIQLADI

Şəhid Elmaz Hacıyevin anım günü keçirildi - FOTO // VİDEO

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası 

Sabah güclü maqnit qasırğası olacaq

İtaliya bu ölkə üçün F-35 qırıcıları istehsal edəcək

"İndi pul istəsək, ağlayacaq" - Putin nazirlə zarafat etdi

"Azərbaycan belə formatı davam etdirmək istəmir" - Ruben Babayan

Nazarbayev ikinci ailəsinin olduğunu etiraf etdi

Fransada nazirlərə WhatsApp və Telegram-dan istifadə qadağan edildi

Qaraheybətdə helikopter qəzasından 2 il ÖTÜR

Ərdoğan bu gün BƏƏ-yə səfər edəcək

Bütün xəbərlər