Gündəm
Gündəm / Siyasət / Hadisə
Keçmiş prezident həbsxanadan qaçırıldı
Silahlı şəxslər Qvineyanın paytaxtında əsas həbsxanaya hücum edərək keçmiş diktator Musa "Dadis" Kamaranı qaçırıblar.
"MUMtv.az" xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Çarlz Alfons Rayt açıqlayıb.
O, Qərbi Afrika ölkəsinin sərhədlərinin bağlandığını elan edib: "Qaçanlar arasında Camara ilə birlikdə 2009-cu ildə 157 nəfərin ölümü ilə nəticələnən stadion qırğını ilə bağlı ittihamlarla saxlanılan Klod Pivi və Blez Qumu da var. Biz onları tapacağıq. Və məsul şəxslər cavab verəcəklər".