Gündəm

Rusiyanın Zəngəzurla bağlı tələbi: Nəzarət bu ölkədə olacaq... - Şərtlər açıqlandı

MUMtv.az: - Elə bir vəziyyət yaranıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ən çox danışan və təşəbbüs göstərən Rusiya oldu. Azərbaycan sözsüz ki, dəhlizin açılmasını istəyir. Moskvanın isə burada daha çox fəallığı göz önündədir. Ölkəmizin dəhlizlə bağlı mövqeyi açıqlanıb. Sadəcə olaraq dəhlizə nəzarət məsələsi indi daha aktualdır.

Bunu Teleqraf.com-a Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət məsələsində israrlıdır:

“Moskva bunu Qərbin təzyiqi ilə Ermənistanın istənilən vaxt dəhlizi bağlamaq riski ilə izah edir. Çünki ehtimallar var ki, erməni tərəfi Qərbdəki dostlarının istəyi ilə burada hər hansı inzibatı təsir, süründürməçilik kimi hala əl atsın. Rusiya isə dəhlizlə bağlı 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya (Azərbaycan-Rusiya və Errmənistan arasında imzalanmış bəyanat) istinad edir. Çünki bu razılaşmada açıq şəkildə göstərilir ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət edəcək”.

Partiya sədri hesab edir ki, dəhlizə nəzarətlə bağlı Rusiya təsir imkanlarını daha da genişləndirə bilər:

“Moskva Zəngəzur dəhlizinin öz nəzarəti ilə açılmasını istəyir. Rusiya bununla bölgədə qalmaq, özünün iqtisadi-siyasi və geopolitik maraqlarını dəhliz üzərindən həyata keçirmək niyyətindədir”.

Razi Nurullayevin fikrincə, Rusiyanın az qala dünya ölkələri ilə sərhədlərinin bağlı olması fonunda Zəngəzur dəhlizi vacib çıxış imkanıdır:

“Ruisya bununla Türkiyə üzərindən Asiyaya çıxış imkanı qazanmağı planlaşdırır. Eyni zamanda Azərbaycanın Qərb rayonları ilə Mehridən keçməklə, yəni Zəngəzur dəhlizi ilə Naxçıvan və Türkiyəyə quru yolun açılması mümkün olur. İran üzərindən yolun açılması da Zəngəzur dəhlizinin mahiyyətini azaltmır. Rusiya da bu yolun açılmasında maraqlıdır. Görünən odur ki, Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişməyəcək”.


Son xəbərlər

İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!

Əhməd Vəliyevə məxsus olduğu deyilən MMC Dövlət Xidmətini məhkəməyə verdi

Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub - FOTO

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR

Paşinyan: Ermənistan Azərbaycandan qaz tədarük edə bilər

BMT-dən şad xəbər: Dəhşətli vulkana rəğmən, ozon təbəqəsi bərpa olunur

"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN

"İrəvan və Bakı ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar" - Paşinyan

"Dəryaz" qəzetinin rəhbəri tutuldu - "BANDOTDEL"dən ƏMƏLİYYAT

Noldu, “Aztelekom”? - Daha bahalı hələ daha sürətli demək deyil

Dubayda uçan taksilər istifadəyə veriləcək

Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?

Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR

Hacıqabul və Salyan İcra başçıları vəzifələrindən azad edildilər

"Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərini açmalıyıq" - Paşinyan

Sabah Bakıda yağış yağacaq

"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

B12 vitamininin mənbəyi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

Zeynal Nağdəliyev Rüstəm Xəlilovu kollektivə təqdim etdi

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? - AÇIQLAMA

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? - FOTO

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

NATO-nun baş katibi Putinin bəyanatlarını saxta adlandırdı

"Gələn il sosial xərclər 14 faiz artırılacaq" - İqtisadçı

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanıldı

Məşhur aviaşirkətlər İsrailə uçuşları dayandırdı

Bakıda yeni ekspres marşrut fəaliyyətə BAŞLAYACAQ

Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər