Gündəm

Respublika Klinik Xəstəxanası iki həftədən artıqdır yoxlanılır – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına Elviz Qasımovun direktor təyin edilməsindən sonra orada çox sayda həkim və tibbi personalın işdən kənarlaşdırılması kütləvi narazılığa səbəb olub.

İşdən çıxarılmalarını qanunsuz hesab edənlərin dövlət orqanlarına etdikləri şikayətlər, ölkə rəhbərliyinə vurulan teleqramlar ciddi araşdırmalara rəvac verib. Belə ki, şikayətlərin araşdırılmasının TƏBİB qarşısında tələb kimi qoyulması "Respublikanski"də yoxlamalarla nəticələnib.

"MUMtv.az"ın Faktinfo.az saytına istinadən əldə etdiyi məlumata görə, RKX-nin direktoru Elviz Qasımovdan edilən şikayətlərə əsasən, ikinci həftədir ki, orada 7 nəfərdən ibarət komissiya yoxlama aparır. Hətta, xəstəxanaya əlavə auditin gəldiyi də bildirilir.Yoxlama qrupuna İcbari Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli rəhbərlik edir. Töhmət alanlar, işdən çıxarılanları komissiya üzvləri çağırıb dinləyir, onların izahatları alınır, bəzi həkimlər İcbari Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin qəbuluna yazılır.İşdən kənarlaşdırılan təcürbəli həkimlərlə bərabər siyahıda savadlı Laboratoriya müdiri, Reanimasiyanın ümumi şöbə müdiri, həkim-laborant, mamaginekoloq, reanimatoloq və digər şəxslərin də adı keçir. Tibb müəssisəsindən uzaqlaşdırılan bəzi həkimlərin qanunla qorunan hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmələri barədə xəbərlər də var.

Faktinfo.az saytının əldə etdiyi məlumatda o da qeyd olunur ki, yoxlama qrupu işdən çıxarılan şəxsləri araşdırmaqla yekunlaşmır, dərman preparatlarının istifadə qaydalarına, müalicə işinin vəziyyətinə də diqqət yetirir. Artıq iki həftədən artıq yoxlama qrupunun Respublika Klinik Xəstəxanasında olması səhiyyə müəssisəsinin direktoru Elviz Qasımovun özü tərəfindən xəstəxanaya işə gətirdiyi Könül Namazova başda olmaqla, bir çox şəxsləri narahat etməyə başlayıb, eləcə də orada həkimlərin şkaflarını yoxlamış, gizli səs yazıları həyata keçirmiş, adamlarda da təşviş yaratmışdır.

İrəliləyən günlərdə: Yaşlı həkimləri işdə saxlayıb, cavan və bacarıqlı kadrları işdən azad etmək nə qədər düzgündür, növbəti yazıda oxuya bilərsiniz.//Faktinfo.az

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər