Gündəm



Astanada Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası öz işinə başlayıb.

"MUMtv.az" xəbər verir ki, sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, digər yüksək vəzifəli rəsmiləri, və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Azərbaycan Respublikası sessiyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirdə Regional Komitəyə üzv dövlətlərdə insanların sağlamlığının qorunması, sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət istiqamətləri və səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemlər müzakirə edilib.

Sessiyanın açılışında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Henri Kluge çıxış ediblər. Bildirilib ki, 2023-cü ildə ÜST-nin yaradılmasının 75 illiyi və İlkin Səhiyyə Xidməti (İSQ) üzrə Alma-Ata Bəyannaməsinin imzalanmasının 45 illiyi qeyd olunur. Buna görə də, sessiyanın Avropa Regionunun sağlamlığı və rifahının təmin olunmasında irəliləyişləri müzakirə etmək, son 75 il ərzində ictimai səhiyyə sahəsində mühüm nailiyyətləri qeyd etmək, gələcək problemlərin həlli ilə bağlı təcrübə mübadilələrinin aparılması üçün əla fürsət olacaqdır.





Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, sağlamlığın təşviqi milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mühüm əhəmiyyət kəsb edir: “Qlobal miqyasda gözlənilən ömür uzunluğu artığından, biz bütün vətəndaşların sağlamlığının qorunmasına xüsusi diqqət yetirməliyik. Azərbaycan Respublikası Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın hədəflərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir”.



Teymur Musayev vurğulayıb ki, fövqəladə hallara daha yaxşı hazırlıq və onun nəticələrinin vaxtında aradan qaldırılması davamlı qlobal səhiyyə infrastrukturunu tələb edir: “Qlobal sağlamlıq üçün riskləri azaltmaq və şoka davamlı sağlamlıq sistemlərinə nail olmaq üçün həm beynəlxalq, həm də milli səviyyədə adekvat tədbirlər həyata keçirilməlidir”.

Nazir qeyd edib ki, davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. “2020-ci ildə 44 günlük Vətən Müharibəsi və ötən ay həyata keçirilən lokal anti-terror əməliyyatı nəticəsində Azərbaycan bütün ölkə üzərində öz suverenliyini bərpa edib. İndi biz işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz torpaqlarına qayıtması istiqamətində böyük işlər görürük. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə səhiyyə xidmətlərinin göstərilməsi artıq təşkil olunub. Lakin əvvəllər işğal olunmuş torpaqların mina və partlayıcı maddələrlə hədsiz dərəcədə çirklənməsi böyük qayıdış prosesinə ciddi əngəl törədir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina partlayışları nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 300-dən çox vətəndaş həlak olub və ya ağır yaralanıb. Bu, bizim səhiyyəmiz üçün də ciddi problemdir”, - deyə nazir bildirib.

Oktyabrın 26-ı yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrə davam edəcək.
Regional Komitə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır. Onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan strategiyaların müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.
  • Səhiyyə naziri Astanada keçirilən sessiyada çıxış edib - FOTOLAR

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər