Gündəm

İcra Hakimiyyətinin yarım milyonluq tenderində maxinasiya - FOTOFAKT

Gədəbəy rayon İcra Hakimiyyətinin 01.10.2023-cü il tarixdə "Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

"MUMtv.az" Qlobal.az-a istinadən xəbər verir ki, bu satınalmanın məbləği 588.378 manat təşkil edib.

Satınalmada "BİRLİK-23" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1308155221) (MMC) qalib elan edilib.

İcra Hakimiyyətinin yarım milyonluq tenderində maxinasiya - FOTOFAKT

"BİRLİK-23" MMC 2023-cü ilin yanvar ayının 26-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Həsən bəy Zərdabi pr. ev 17/51, mənzil 22 ünvanı, qanuni təmsilçisi isə Dadaşbalayev Zöhrab Kamil oğludur.

Tender müqaviləsi üzrə Gədəbəy şəhərinin küçələrini asfaltlayacaq "BİRLİK-23" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi barədə açıq internet resurslarında məlumat yoxdur.

Resurları barədə məlumat olmayan, 8 ay əvvəl təsis edilmiş MMC-nin Gədəbəy rayonunu hansı texniki baza ilə abadlaşdıracağı sual doğurur.

Qlobal.az məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışıb. Gədəbəy rayon İcra Hakimiyyətinin tender komissiyasının sədri Nizami Piriyev məsələ ilə bağlı məlumat vermədi.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mövqe öyrəndik. Dövlət Xidməti məsələdən xəbərdar olduqlarını bildirdilər:

"Sözügedən müsabiqə "Dövlət Satınalmaalrı Haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv olunması barədə Dövlət Xidməti tərəfindən satınalan təşkilata 12.10.2023-cü il tarixli 3-21-1/2-209051/2023 nömrəli məktub göndərilmişdir".
Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ilin avqust ayından bu vəzifədədir.


Son xəbərlər

Vüqar Səfərli hər şeyini geri istəyir

Prezidentdən deputatla bağlı SƏRƏNCAM

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Murad Dadaşov həyat yoldaşı ilə - FOTO

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

Bazar gününə olan hava proqnozu

Siqaretlə bağlı cərimələr kəskin artırılır

Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 7000 manat cərimə tətbiq olunacaq

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Prezident ailəsi film təqdimatında

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı - GORANBOYDA ŞOK !!!

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Ötən gün 32 cinayətin üstü açılıb

Azərbaycan nefti bahalaşdı

Ölkəsini tərk edən aktyor qızı üçün beş vətəndaşlıq almağı planlaşdırır

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

"Telegram" kütləvi nasazlığın səbəbini açıqladı

İkinci Gəncə terrorundan dörd il ötür

Makron Paşinyanla sülh sazişini müzakirə etdi

Azərbaycanda bu şəxslər 7 min manat cərimə ediləcək

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Argentina Folklend adalarını geri qaytarmaq istəyir

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

Qərbdən Ermənistanla bağlı Rusiyaya CAVAB

Səriyyə Qənbərova işdən çıxarıldı

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

Bütün xəbərlər