Gündəm

Dövlət  qulluğu imtahanının qaydalarına nə dərəcədə riayət olunur?  - ŞİKAYƏT

"DogruXeber.az" informasiya portalımızda hətta təhsil işçilərinin də hazırkı təhsil sistemindən narazı olduqları barəsində məlumat yayımlamışdıq.

Azərbaycan təhsilinin "bataqladıqda çırpınışları" - Təhsi işçiləri də belə deyirsə... // FOTO

Görünür elə bu yazı ilə bir çox haqsızlığa uğramış təhsil işçilərinin "dərdini təzələmiş" olduq. Odur ki,onlar da qələmlərini əllərinə götürüb bütün narazılıqlarını misralara düzüb, yayımlanması üçün "DogruXeber.az" redaksiyasına göndərməyə başladılar. Həmin şikayətçilərdən biri olan keçmiş təhsil işçisi Eminov Neman Bayram oğlu tərəfindən redaksiyamıza göndərilmiş şikayət məktubunu olduğu kimi təqdim edirik:

"Artıq, bir ildən çoxdur ki, Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyinin tabeliyində 12 regional təhsil idarələri və onların tabeliyində olan şəhər, rayon təhsil sektorları fəaliyyət göstərir.

Çox təəssüflər olsun ki, bəzi regional təhsil İdarəsinə, idarənin daxilində fəaliyyət göstərən sektorların və regional idarənin tabeliyində olan rayon təhsil sektoruna təyin edilən müdirlər dövlət qulluğu imtahanında bir neçə dəfə iştirak etsələr də uğur qazana bilmirlər, lakin vəzifələrində saxlanılırlar.

Sual edirəm: onda dövlət qulluğu imtahanını təşkil etmək kimə və nəyə lazımdır? Özüm özümüzü aldadırıq ya şəffaflığı təmin edərək, rüşvətin kökünü kəsib, korrupsiyaya qarşı mübarizə aparırıq?

Acınacaqlısı odur ki, Rayon Təhsil Sektorunun müdiri vəzifəsində çalışan dövlət qulluğu imtahanında dəfələrlə iştirak edir , uğur qazana bilmir, tabeliyində olan baş məsləhətçi, məsləhətçilər isə dövlət qulluğu imtahanlarında iştirak edərək uğur qazanırlar, tabeçilikdə çalışırlar.

Regional Təhsil İdarəsinin müdirinə rəsmi müraciət olunur ki, tabeliyinizdə olan Rayonun Təhsil Sektorunun müdiri vəzifəsinə təyin etdiyiniz kadr dövlət qulluğu imtahanlarında iştirak etsə də uğur qazana bilmir, nə səbəbə belə bir kadrı vəzifəsində hələ də saxlayırsınız? Cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müvafiq əmri ilə Rayon Təhsil Sektoruna müdür vəzifəsinə təyin edilib. Demək onda Dövlət İmtahan Mərkəzinin rəhbəri Xanım Məleykə Abbaszadənin təşkil etdiyi dövlət qulluğu imtahanının qaydalarına riayət etməyə ehtiyac yoxdur, onun təşkil etdiyi imtahan kağız üzərində olaraq qalır.

Bundan başqa, Elm və Təhsil naziri "Direktorların İşə Qəbulu" imtahanı təşkil edir, imtahanda iştirak edən namizəd müsabiqə balını yüksək toplayır, bir bəhanə ilə namizədi müsahibədən kəsirlər.

Qohumbazlıq, tanışlıq, dostluq, xüsusi ilə sevgi yolu ilə istədikləri namizədi direktor vəzifəsinə təyin edirlər. Halbuki belə direktorlar heç imtahanda gedib iştirak etmirlər, iştirak etsələr də müsahibə, müsabiqə imtahanında uğur qazana bilməyiblər.

Hansı ədalətlilikdən, obyektivlikdən, şəffaflıqdan, Korrupsiyaya qarşı mübarizə tədbirlərindən danışmaq olar?
Hörmətlə: Təhsil işçisi Eminov Neman Bayram oğlu"

Qeyd: "DogruXeber.az" olaraq, Neman Eminovun şikayəti barəsində aidiyyatı üzrə tərəflərin də mövqeyinə yer ayıra bilərik.

Qeyd edək ki, daha bir təhsil işçisinin narazılıqları bu axşam saat 20:00-da agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün efirində - "Kamalın zamanı" proqramında canlı yayımlanacaq !!!

Kanala keçid üçün bu mavi yazıya toxun !

Son xəbərlər

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı — FOTO

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Bütün xəbərlər