Gündəm

Teleqramda açdığı pornokanala görə həbs edildi

Teleqram sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub.

"MUMtv.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, pornoqrafik materialların yayılması ilə məşğul olan Siyəzən sakini, 2000-ci il təvəllüdlü A.Muradov (şərti) barəsində cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, ailəli və ali təhsilli olan A.Muradov daha əvvəl törətdiyi başqa xarakterli cinayətə görə şərti azadlıqda olub. O, sınaq müddətində teleqramda kanal yaradaraq buraya çoxsaylı foto və videoları toplayıb. Səhifənin 5-6 min nəfərədək izləyicisi olub, həmçinin reklam paylaşımları edilib.

Məhkəmə A.Muradovun sınaq müddətində yenidən cinayət tərkibli əməl törətməsini nəzərə alaraq bu dəfə ona daha ağır cəza təyin edib. Siyəzən Rayon Məhkəməsinin 10 oktyabr tarixli hökmü ilə 23 yaşlı oğlana 1 il 6 ay internetdən istifadə etməklə proqram təminatları yaratmaq və onlara xidmət göstərmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, daha əvvəl də teleqramda pornoqrafik kanallar açan bir neçə gənc cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər

Qubad İbadoğlu ilə bağlı QƏRAR VERİLDİ

Gömrük işçilərinə kompensasiya veriləcək

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun

Bu körpünün istismar qaydaları təsdiqləndi

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi üzrə protokol təsdiqləndi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Bu tibb müəssisələrinə direktorlar təyin olundu

Rusiyada yaşayan miqrantlarla bağlı mühüm dəyişiklik

İki ölkə öz vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

İki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

"Ətdən hazırlandığı deyilir, amma ətdən ucuz satılır"

Cavanşir körpüsündən geriyə bu qaldı

Düşüncələrimiz sağlamlığımıza təsir edir - ARAŞDIRMA

ABŞ Rəisinin ölümünə görə İranı günahlandırdı

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO

"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

Bakıda bəzi parklanma yerləri ləğv edilir

Bütün xəbərlər