Gündəm

 
Bu araqlardan alanların nəzərinə - Görün süfrənizə necə təhlükə gətirirsiniz - Foto
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan "Yeni Sabah”a bildirilib ki, daxil olan məlumat əsasında Agentliyin Bərdə regional bölməsinin əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə Mingəçevir şəhəri, M.F.Axundov küçəsi ev 8, mənzil 4 ünvanında Yusubzadə Şəmsəddin Rəzəddin oğluna məxsus saxta alkoqollu içkilərin istehsalı sexində reyd keçirib. Reyd zamanı sexdə  qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək müəyyən miqdarda mənşəyi məlum olmayan spirt və xammallar (su və müxtəlif meyvə aromatları) əlavə olunaraq alkoqollu içkilər hazırlandığı aşkar edilib. 

<iframe width="817" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_3" name="aswift_3" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 817px; height: 200px;"></iframe>

Baxış zamanı məlum olub ki, mənşəyi məlum olmayan xammalların və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmadan, müxtəlif markalı "Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart", "Banketnaya", "Baykal", "Talka" və s. əmtəə nişanlı istehsalçılara məxsus alkoqollu içkilər hazırlanaraq satışa verilir.

Eyni zamanda müəssisədə müxtəlif brend markalı  istehsalçılara məxsus 450 ədəd şüşə butulka, 3500 ədəd qapaq , 6500 ədəd aksiz marka, 500 ədəd "Ruskıy Standart" etiketi , 400 ədəd stiker , 1500 ədəd QR-kod, filtr üçün istifadə edilən kristal duz, mənşəyi məlum olmayan spirt aşkar edilib və bütün xammal, ləvazimatlar araşdırmaların aparılması üçün götürülüb.

Aşkarlanan müxtəlif əmtəə nişanlı alkoqollu içkilərdən nümunələr götürülərək aidiyyatı üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda qanunsuz istehsal olunan alkoqollu içkilərin  satış şəbəkələrinin müəyyən olunması istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.

Qeyd olunub ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər