Gündəm

Ağalar Vəliyev 72 yaşlı qadının əli ilə şəhid ailələrinə mənzil satır - İTTİHAM VAR!

MUMtv.az: - Ötən ay Aktualinfo.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilmiş həm şübhəli, həm maraqlı, həm də müəmmalı bir tender prosedurunun nəticəsi barədə məlumat yaymışdı. Xatırladaq ki, məlumatdada bildirilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə 03.07.2023-cü il tarixdə başladığı açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Redaksiyanın araşdırma qrupa həmin vaxt açıq internet axtarış sistemlərində Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində heç bir məlumat əldə edə bilməmişdi. Yalnız Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reytestr məlumatlarından məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.

Məlumatların ən maraqlı tərəfi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığı Ağaməmmədova Xanım Şamil qızının 1951-ci il təvəllüdlü olması idi. Yəni, 72 yaşlı bir qadının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasını reallaşdıra biləcəyi bir qədər şübhəli görsənirdi. Odur ki, araşdırmalarımızı davam etdirməli olduq.

Şəkidəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə Xanım Ağaməmmədova həqiqətən də ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da pasport qeydiyyatındadır. Mənzil Şəki şəhərindəki 8 nömrəli məktəbin üst tərəfi, Şəki bazarının aşağısındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Xanım Ağaməmmədova ildə bir-iki dəfə sözügedən mənzildə olur, ya olmur. Xanım Ağaməmmədova hazırda Bakı şəhərində, 4-cü mikrorayonda yaşayır, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında yerləşən böyük bir idarənin baş mühasibidir.

Məlumatlı mənbənin sözlərinə görə əvvəllər Xanım Ağaməmmədovanın adına bir neçə MMC olub. Həmin MMC-lər vasitəsi ilə o, həm Şəki rayon İcra Hakimiyyətinin, həm də bir sıra dövlət qurumlarının həyata keçirdiyi dırnaqarası layıhələdə dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması işlərinə baxıb. Kürəkəni Rəhman Penitensiar Xidmətin 2013-cü ildə istifadəyə verdiyi Şəki Cəzaçəkmə Müəssisəsinin tikintisinə rəhbərlik edənlərdən biri olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasına gəlincə. Məlumatlı mənbənin bildirdiyinə görə Xanım Ağaməmmədovanın əvvəllər olduğu kimi, burada da şübhəli maliyyə əməliyyatlarının həyata keçirəcəyi istisna deyil. Belə ki, hazırda Bakı şəhərində və bölgələrdə “Kristal Abşeron” MTK tərəfindən tikilmiş və satılmayan mənzillər məhz Xanım Ağaməmmədova vasitəsi ilə əlil olmuş şəxslərə və şəhid ailələrinə satılacaq.

Qeyd edək ki, dövrü mətbuatda yayılmış məlumatlarda “Kristal Abşeron” MTK-nın əsas sahibinin Milli Məclisin deputatı Ağalar Vəliyev olduğu bildirilir. Mənbəmizin verdiyi məlumatda Xanım Ağaməmmədovanın hazırda Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən böyük bir idarənin baş mühasibi işlədiyi bildirilir. Şəfayət Mehdiyev küşəsində, “Lider”TV-nin yanında Ağalar Vəliyevə məxsus başqa bir şirkət, “Azəraqrartikinti” ASC də yerləşir. Məlumatlı mənbənin sözlərindən görsənən odur ki, 72 yaşlı Xanım Ağaməmmədova hazırda “Azəraqrartikinti” ASC -nin mühasibatlığında ya çalışır, ya da adı gedir.

Bir də görsənən odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin deputatı Ağalar Vəliyevlə birləşib şübhəli maliyyə əməliyytları üzrə ustalaşmış, ad çıxarmış bir 72 yaşlı xanımın əli ilə dövlətin əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillərin verilməsi ilə bağlı ayırdığı puldan da silmək istəyirlər.

Biz bir mətbuat orqanı olaraq Dövlət Məşğulluq Ağentliyinə 72 yaşlı Xanım Ağaməmmədovanın hazırda harda çalışdığı barədə sorğu ünvanlamağı planlaşdırırıq. Araşdırmalarımız davam edir.//Aktualinfo.org


Son xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu dərmanlarla bağlı XƏBƏRDARLIQ - Ölüm təhlükəsi yarana bilər - VİDEO

Lənkəranda məktəbliyə zorakılıq edən sabiq məmur internat məktəbinə direktor təyin olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub - DETALLAR

Sonuncu erməni qrupu da Ağdərədən ÇIXDI

Deputatın qardaşı vətəndaşın torpaq sahəsini zəbt edib... - Məhkəmə qərarının icrasına kimlər və necə mane olur?

Tovuzda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - VİDEO

Rusiyanın daxili işlər naziri İrəvanda

“AzerGold” QSC “Gələcəyin mədənçisi” layihəsinin icrasına başlayıb

Rəsmi Moskva münasibətlərin pozulmasına görə Paşinyanı günahlandırdı

Şuşa İslam dünyasının mədəniyyət paytaxtı seçildi

ABŞ rəsmiləri bu gün Ermənistana səfər edəcək

Azərbaycan XİN Makrona CAVAB VERDİ

Ordumuza məxsus "KamAZ" minaya düşdü - Qərargah rəisi və digər hərbçimiz şəhid oldu

"Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilsin" - Deputat

Qənirə Paşayevanın SON DURUMU

Məmməd Əmin Rəsulzadənin nəvəsi insult keçirdi

“Azərbaycanlılarla heç bir problem yaşamamışam” - Xankəndinin erməni sakini

Ələzəpin yollarının "işi duaya" qalıb - VİDEO

Ermənilər Xankəndini də yandırır - FOTO

Türkiyədə zəlzələ oldu

Qarabağı tərk edən ermənilərin sayı AÇIQLANDI

Mirzoyan hindistanlı həmkarı ilə Qarabağı müzakirə etdi

"Məktəb illəri" - Təqdimat

İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO

İşləyən əlillərin bu hüquqları da VAR... - Diqqət!

Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO

Şəmkirdə bu məmuru durduran olmasa... - İTTİHAM VAR!

Gələn ilin büdcə layihələri Prezidentə təqdim ediləcək

Azərbaycan Ordusu Xocalıya daxil olub? - İDDİA

Proqnozlar Maliyyə Nazirliyini niyə "qəzəbləndirib"? - Korrupsiya, neftdən asılılıq, investisiya çatışmazlığı...

Heydər Əliyev adına Hərbi İnstitutu iə bağlı YENİ QƏRAR

Bütün xəbərlər