Gündəm

Azərbaycanın bu ölkələrlə münasibəti DAHA KONKRET OLMALIDIR
 

 
 
 
 
 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində nəticə əldə etmək üçün fürsətlər olub.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Redaktor.az-a açıqlamasında Qarabağ ətrafında gedən son prosesləri qiymətləndirib.

A. Aslanlı hesab edir ki, Azərbaycan Ermənistana təsir imkanı olan dövlətlərlə münasibətləri daha konkret etməlidir:

"Müharibənin ilk mərhələsində həm daxili, həm də xarici amillər Ermənistanın lehinə idi. Belə ki, erməni tərəfi bizdən daha şüurlu, daha təşkilatlı və daha çox imkana (xüsusilə də hərbi imkana) malik idi. Münaqişə alovlanandan atəşkəsə qədər Ermənistanda hakimiyyət dəyişikliyi yaşanmadı. Bizdə isə daxili siyasi mübarizə əksər hallarda milli məsələlərdən öndə oldu. Həmin dönəmdə ölkəyə 3 prezident və 2 prezident səlahiyyətlərini icra edən parlament sədri rəhbərlik etdi. "Hakimiyyət dəyişmədikcə Qarabağı alan deyilik” deyənlərin səsi hər zaman daha çox eşidildi. Əlbəttə ki, hakimiyyət dəyişikliyi mənfi bir şey deyil. Amma milli maraqları dar maraqlara və hakimiyyət mübarizəsinə qurban vermək pis haldır. Yəni Ermənistan Azərbaycana ilk ərazi iddiası irəli sürdyü zamanlarda, müharibə hələ başlamamış iki dövlət arasında olan problemi həll etmək daha asan olardı, nəinki indi. Ermənistan və Azərbaycan arasında münaqişə ilk başlayan günlərdə bu münaqişəni alovlandırmaq üçün kənar təsirlərin fəaliyyəti daha çox nəzərə çarpırdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində nəticə əldə etmək üçün fürsətlər olub. Münaqişə irimiqyaslı müharibəyə çevrilmədən öncə iki dövlət üçün də bu cür fürsət yaranmışdı. Məsələn, 1991-ci ildə Nazarbayevlə Yeltsinin regiona səfərləri çərçivəsində bunu etmək olardı. Sentyabr ayında münaqişənin həlli ilə bağlı onların təşəbbüsü daha real təsir bağışlayırdı. Amma Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində 20 noyabrda Qarakənd faciəsinin baş verməsi prosesi bağladı. Proses açıq müharibəyə çevrildikdən sonra isə, artıq münaqişənin həlli imkanları bir qədər azaldı”.

A. Aslanlı bildirib ki, müharibənin ilk dövrlərində Ermənistana beynəlxalq dəstək bizdən qat-qat artıq idi:

"Digər proseslərdə öz aralarında kəskin rəqabət aparan ABŞ, Fransa, Rusiya və İran kimi dövlətlər müxtəlif aspektlərdən və müxtəlif dərəcələrdə də olsa eyni tərəfi müdafiə edirdilər. Hətta ərazilərimizin işğala məruz qaldığı dövrdə və Azərbaycan Qərbyönümlü siyasət apardığı bir zamanda ABŞ Konqresi ölkəmizə yardımı qadağan edən 907-cü düzəlişi qəbul etmişdi. Erməni lobbisi ilə rəqabət bir yana, heç müqayisə belə edilməsi mümkün olmayan diasporumuz var idi”.

A.Aslanlı vurğulayıb ki, Azərbaycan keçən mərhələdə bunların bir qismiylə bağlı (xüsusilə də milli şüur, hərbi güc və diaspor baxımından) ciddi dönüş yarada bilib:

"Beynəlxalq şəraitdə də dönüş yaranıb, amma bu dönüş nəticəyaradıcı səviyyədə deyil. Münaqişənin həlli daha çox Rusiyanın Cənubi Qafqazla bağlı maraq dəyərləndirməsindən ya da imkanlarının dəyişməsindən asılıdır. Ümumiyyətlə, beynəlxalq praktika göstərir ki, münaqişəyə qarışan dövlətlərin sayı artdıqca münaqişənin həlli imkanları azalır. Çünki münaqişəyə müdaxilə edən dövlətlərin regionla və münaqişə ilə bağlı müxtəlif maraqları olur. Onlar öz maraqlarını reallaşdırmaq üçün münaqişədən təsir vasitəsi kimi istifadə edirlər. Münaqişənin təsir vasitəsi rolunu oynamağa başlaması dünya və region üçün risk təşkil edir. Amma müəyyən dövlətlər üçün bu münaqişə sadəcə təsir vasitəsidir. Bu funksiya risk funksiyasından önə keçəndə, münaqişənin həlli böyük dövlətlər tərəfindən uzadılır. Hazırda böyük dövlətlər Qarabağ münaqişəsi ilə bağlı prosesi uzatmaqla, problemin həllinə mane olurlar”.


Son xəbərlər

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Bütün xəbərlər