Gündəm

Seyidov inqilabı, Qafarov rəzaləti: Penitensiar xidmətdə nə baş verir?

Şübhəsiz, son vaxtlar ictimai həyatımızda baş verən yeniliklər, ölkə başçısı tərəfindən atılan islahatçı addımlar təqdir olunası haldır. Düzdü, bəzi sahələrdə durğunluq, inkişafa meyllilikdən kənarçıxmalar müşahidə olunsa da, ümumilikdə müsbət məqamlar çoxluq təşkil edir.

MUMtv.az: - Bir müddət öncə Penitensiar xidmətin rəisi, rəhbərlik etdiyi sahədə heç bir uğura imza ata bilməyən C.Həsənovun vəzifəsindən kənarlaşdırılması çoxunun ürəyindən xəbər verdi. Onun yerinə reputasiyası zədələnməyən, ədliyyə sistemində müsbət imic sahibi olan Mirsaleh Seyidovun gətirilməsini növbəti mütərəqqi addım saymaq olar. Məhkumların Müdafiəsi İctimai Birliyinin sosial şəbəkə hesablarından cumhuriyyet.az-a daxil olan bilgiyə görə, ötən zaman kəsiyində bir neçə dustaq hüquqi prosedurlara uyğun olaraq cəzalarının çəkilməmiş hissələrindən azad olunmuş və bu proses çox şəffaf həyata keçirilmişdir…

Amma, başqa bir məqam, daha doğrusu, Penitensiar xidmətin Əməliyyat-Rejim idarəsinə Fikrət Qafarovun təyinatı cəmiyyətdə böyük narazılığa səbəb olub. Vaxtilə işlədiyi cəzaçəkmə müəssisələrində “qaniçən”, “qanqster”, “cəllad” kimi ad çıxaran birinin mühüm vəzifəyə gətirilməsi birmənalı qarşılanmadı. Təsadüfi deyil ki, ölkə mediasında Qafarovun dustaqlara qarşı hüquqa zidd əməlləri, onlarla qeyri-insani rəftarı haqda kifayət qədər məlumatlar dərc olunub və dərc olunmaqda davam edir. Təəssüf, adamın inanmağı gəlmir ki, humanist, qanunlara hörmətlə yanaşan M.Seyidovun rəhbərliyi altında Qafarov kimi “cəllad” hələ də özünü “Bağdadın kor xəlifəsi” hiss edir. Ən qəribəsi isə odu ki, nazir Fikrət Məmmədov Qafarovun əməllərinə görməzdən gəlir və istər-istəməz adamı fikir götürür: əcəba, görəsən Əməliyyat-Rejim rəisini Ədliyyənin şefinə hansı tellər bağlayır ki, onun nazıyla bu qədər oynayır?

Məntəqə cəzaçəkmə müəssisələrində Qafarov kimilərin kölgəsinə sığınan Ədliyyə polkovniki Nurəli Eyvazov kimilər da bu gün meydan sulayır. Dustaqlara qarşı ədalətsiz davranan, onların hissləri ilə oynayan eyvazovlar üçün Qafarovun Əməliyyat-Rejim idarəsinə rəhbər gətirilməsi sanki göydəndüşmədir. Amma qanunun da üzü sərtdir. İnanırıq ki, qafarovlar, eyvazovlar çox keçməz, bu sərt üzlə üz-üzə gələrlər. Onda isə gec olacaq, çox gec…


Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər