Gündəm

Ölkə paradoksu: Minimum əməkhaqqıdan aşağı maaş almaq

Ölkədəki sosial vəziyyətin eybəcərliyini görmək üçün statistikaya ehtiyac yoxdur. Adicə müşahidə real durumu aydın sezməyə kömək olur. Amma statistika da az şey demir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər ölkədə sosial mənzərənin danışılanlardan, hökumətin iddiasından xeyli pis olduğunu göstərir.

"MUMtv.az" Bizimyol.info-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi ölkədə maaşla çalışanların 10,7 faizinin minimum əməkhaqqıdan aşağı məvacib aldığını açıqlayıb. Təxminən 170 min nəfərdən söhbət gedir. Yəni işləyən hər 10 nəfərdən 1-i ayda heç 345 manat qazanmır. Ölkədə sosial vəziyyətin faciəvi olduğunu göstərən başqa rəqəmə ehtiyac yoxdur. Sosial mediada iqtisadçılar bu məsələyə xüsusi diqqət ayırıblar. Onlar statistik göstəricinin hökumətin sosial siyasətinin eybəcərliyini ortaya qoyduğunu yazırlar. Həqiqətən də, belə hesabatın yayılması bu istiqamətdə heç bir müsbət addımın atılmamasının etirafıdır. Həmin 170 min nəfər o məvacibə möhtac qalıbsa, deməli, həm də acından ölmək təhlükəsiz ilə üzləşib.

Azərbaycanda 345 manatdan az qazanmaqla yalnız acından ölmək olar. Ölkədə minimum əməkhaqqının 345 manat olması 2023-cü ilin yanvarından müəyyənləşdirilib. Rəsmi açıqlama gələ bilər ki, keçən il nəzərdə tutulub, indi həmin çalışanlar daha çox məvacib alır. Nə qədər çox? Lap olsun 350-400 manat. Təsəvvür edin, ölkədə nə qədər insan qul əməyi ilə məşğuldur. Bunu başqa cür adlandırmaq mümkün deyil. 350 manat qazanan insan həyatda necə ləyaqətli şərtlərlə qala bilər?

Mağazalardakı qiymətlərə baxsınlar. İndi Azərbaycanda ərzaq qiymətləri Polşa, Fransa, Almaniya kimi Avropa ölkələrindən baha görünür. Oralarda insanlar 1000-1500 avrodan az qazanmır. Yazıq azərbaycanlı 350 manata necə yaşasın?! Median əməkhaqqı ilə bağlı neçə dəfə yazmışıq. Həmin statistika göstərir ki, ölkədə çalışan qismin yarısı ayda 420 manatdan az qazanır. Özü də həftədə 50-60 saat işləməklə. Nə qanunvericliyə sığır, nə də insanlığa. Rəqəmləri nə qədər o tərəf-bu tərəfə çevirsək, yenə də durumun ağlamalı olduğunu deməliyik.


Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər