Gündəm
Gündəm / Cəmiyyət / Sosial
Bu rayonlarda qaz kəsiləcək
“Azəriqaz” İB Ağsu və Kürdəmir rayonlarının sakinlərinə müraciət edib.
İB-dən "MUMtv.az"a bildirilib ki, "Ağsu” ölçü qovşağından qidalanan qaz kəməri üzərində yeni kollektorun quraşdırılması ilə bağlı avqustun 18-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.