Gündəm
Gündəm / Cəmiyyət
Bu yolda hərəkət məhdudlaşdırılacaq

Xocəsən–Lökbatan avtomobil yolunda piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət 8 saatlıq məhdudlaşdırılacaq.
"MUMtv.az" xəbər verir ki, Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 12 avqust axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.