Gündəm

BMU-nun magistratura üzrə qəbul planı 99,7 faiz dolub


Bakı Mühəndislik Universitetinin (BMU) 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planı 99,7 faiz dolub.

"MUMtv.az" xəbər verir  ki, Ali təhsil ocağının magistr pilləsində 20 ixtisas və 29 ixtisaslaşma üzrə 181 yer ayrılıb. Bu yerlərin 151-i Azərbaycan, 30-u ingilis bölməsinin payına düşüb. Qəbul planında MBA proqramı üzrə isə 13 ixtisaslaşma üzrə 160 yer nəzərdə tutulub. Biznesin idarə edilməsi ixtisasları üzrə 140 yer Azərbaycan, 20 yer isə ingilis bölməsi üçün ayrılıb.


BMU-ya magistratura qəbulunda ən yüksək göstəricini də universitetin Memarlıq və inşaat fakültəsinin bakalavr pilləsinin məzunu Hüseynov İslam Zahid oğlu əldə edib. İ.Hüseynov tədrisi ingilis dilində aparılan Əsas üzvi sintezin kimyası və texnologiyası ixtisasını seçib. 

Hazırda BMU-nun magistratura səviyyəsinə qəbul olunan namizədlərin qeydiyyatı prosesi davam edir. Namizdlər iyulun 31-dək https://portal.edu.az/ platformasından elektron qaydada qeydiyyatdan keçməlidirlər (https://beu.edu.az/az/announcement/baki-muhendislik-universitetinin-magistratura-seviyyesine-qebul-olunan-namizedlerin-nezerine-346).  


Qeyd edək ki, BMU-da yeni tədris ilinin qəbul planında bir sıra yeni ixtisas və ixtisaslaşmalar  da yer alıb. Magistratura səviyyəsi üzrə qəbul planına əlavə edilən ixtisaslara Dizayn, Nəqliyyat tikintisi mühəndisliyi, ixtisaslaşmalara isə Dizayn və texniki estetika, Maşınların təmir texnologiyası və servisi, Maye və qazların nəqli avadanlıqları, Avtomobil yolları və aerodromların tikintisi, Körpülər və nəqliyyat qurğularının tikintisi aiddir. 


MBA proqramına əlavə edilən 7 yeni ixtisaslaşmaya isə Aqrobiznes, Beynəlxalq ticarət, Elektron idarəetmə, İctimayyətlə əlaqələr, Maliyyə mühəndisliyi, Təchizat zəncirinin idarə edilməsi, Mühəndislik layihələrin idarə edilməsi daxildir.

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər