Gündəm

Nəhayət, İran hakimiyyəti Azərbaycan səfirliyinə hücum işi üzrə istintaqdan danışdı

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum işi üzrə əvvəlkitək bir müttəhim var.

"MUMtv.az"ın İran KİV-nə istinadən məlumatına görə, bu barədə bu gün İranın məhkəmə sistemi və ədliyyə üzrə nümayəndəsi Məsud Satayşi bildirib.

O baş verənləri "gözlənilməz və kədərli insident” adlandırıb. "Odur ki, ölkənin məhkəmə, siyasi və güc orqanları hər zaman bildiriblər ki, bu hücumun əsas günahkarı və ya bunda əli olan digər şəxslərlə qətiyyətli və qanuni şəkildə davranmaq lazımdır. Geniş araşdırmalardan sonra qeyd olunub ki, işin müxtəlif aspektləri aydınlaşdırılmalı və iş Azərbaycan hökumətilə əməkdaşlıq şəraitində hökmün çıxarılması ilə nəticələnməlidir. Əvvəlkitək iş üzrə eyni müttəhim keçir”, - Satayşi deyib.

Onun bəyanatı İranın Xarici İşlər nazirliyinin rəhbəri Hüseyn Əmir Abdollahianın Azərbaycana səfəri ərəfəsində səslənib. Nazir iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edəcək.

Azərbaycan səfirliyinə hücum bu il yanvarın 27-də silahlı şəxs tərəfindən törədilib. O, bir mühafizəçini öldürüb, digərini yaralayıb. Üçüncü mühafizəçi onu səfirliyin binasından çıxarmağı bacarıb, bundan sonra o, diplomatik missiyanı və onun əməkdaşlarını təhdid etməyə davam edib. Bütün bu müddətdə yerli polis əməkdaşı və İranın digər hüquq-mühafizə orqanları fəaliyyətsiz qalıb, səfirliyə hücum edən şəxsi ancaq yarım saatdan sonra saxlayıblar.

Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.

Eyni zamanda, polis hücum edən şəxsin səfirliyin binasının yanında müsahibə verməsinə və cinayətin motivlərini açıqlamasına şərait yaradıb. O, cinayətin səbəblərini “ailə və şəxsi problemlərilə” əlaqələndirib, deyib ki, guya onun Azərbaycan vətəndaş olan xanımını səfirlikdə “gizlədiblər”.

Azərbaycanda səfirliyə hücum terror aktı kimi qiymətləndirilib və hərtərəfli araşdırma tələb olunub.

Bakı səfirliyin bütün əməkdaşlarını təxliyə edib və diplomatik missiyanın fəaliyyətinin bərpası üçün hücumda iştirak edənlərin hamısının müəyyənləşdirilməsini və cəzalandırılmasını şərt kimi irəli sürüb.

İndiyədək İran hakimiyyəti istintaqın gedişi barədə susurdu.//Turan az

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər