Gündəm

Deputat: Rusiya ilə Azərbaycan arasında münasibətlər getdikcə daha sıx tellərlə bağlanır
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Son illər Rusiya ilə Azərbaycan arasında münasibətlər getdikcə daha sıx tellərlə bağlanır.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Onun sözlərinə görə, iki ölkənin prezidentləri arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olması əməkdaşlığın daha da yaxşılaşdırılmasında böyük rol oynayır: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya ilk rəsmi səfərinin yekunları Rusiya ilə Azərbaycan arasında münasibətlərin daim yüksəlişdə olduğunu bir daha təsdiqlədi. Səfər çərçivəsində keçirilən görüşlər, X Azərbaycan-Rusiya Regionlararası Forumunda "Azərbaycan” pavilyonunun açılışı göstərdi ki, həqiqətən də iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq, mehriban qonşuluq və səmimi dostluğun nəticəsidir".

Bu rəsmi səfərin çox böyük ictimai-siyasi əhəmiyyət daşıdığını nəzərə çatdıran E.Nəsirov qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın, ilk növbədə, bərabər hüquqlara söykənən əlaqələrin nəticəsidir.

Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələr üzrə inkişaf etdiyini söyləyən E.Nəsirov əlavə edib ki, qeyri-neft sektorunda münasibətlərimiz daha dinamik inkişaf tempinə malikdir:

"Faktlar da təsdiqləyir ki, 2019-cu ilin 9 ayı ərzində Azərbaycandan 1 milyard 413 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Bu sırada birinci yerdə Rusiya dayanır ki, bu da 465,6 milyon dollara bərabərdir. Eyni zamanda, Mehriban xanım Əliyevanın bu səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü və bu görüşdə səsləndirilən fikirlər onu göstərir ki, hər iki dövlətin prezidentləri səviyyəsində çox sıx münasibətlər var”.

Deputat bu fikirdədir ki, həm Azərbaycan, həm də Rusiya bu münasibətlərin inkişaf
etdirilməsində olduqca maraqlıdırlar.

Onun bildirdiyinə görə, qeyri-neft sektoru, kənd təsərrüfatı, maşınqayırma, turizm sahəsindəki əlaqələrimiz çox sürətlə inkişaf edir və olduqca geniş imkan, perspektivi təmin edir

Son xəbərlər

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bütün xəbərlər