Gündəm

Elmin Rəhimovun göstərişinə əsasən əmək müqaviləmə xitam verilib - "Aqroservis" sədrindən nazirə ŞİKAYƏT

MUMtv.az: - "Bölmə müdiri ilə anbardarın arasında olan ziddiyyət və Kənd Təsərrüfatı Nazirliyinə tabe "Aqroservis" ASC-dən gələn göstəriş əsasında əmək müqaviləmə xitam verildi."
Bu fikirlər Faktinfo.az saytına "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsinin əmək müqaviləsinə xitam verilmiş mühəndis-mexaniki İsgəndərov Qədir İsgəndər oğlu tərəfindən göndərilən növbəti şikayət məktubundandır.

Şikayətçi bildirir ki, 20.12.2022-ci il səhər saatlarında "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində anbardar vəzifəsində işləyən Əliyev Emin Şahin oğlu işə gecikib.Günorta saatlarında isə Emin Əliyev gözlənilmədən işdən gedib.Emin Əliyevin hər iki hərəkəti nəzərə alınmaqla,Ağstafa bölməsinin müdiri Cavanşir Əmrahov tərəfindən akt tərtib olundu,4 nəfər akta qol çəkdi,onlardan biri də mən oldum.İşə gecikən və özbaşına işdən gedən,onu KTN-də müdafiə edən,aktın yazılmasını təşkil edən bölmə rəisi qaldı kənarda, "Aqroservis" ASC-nin sədri Elmin Rəhimovun göstərişinə əsasən elə həmin gün iş saatının qutarmasına baxmayaraq əmək müqaviləmə xitam verildi.Nə var,nə var akta qol çəkmişəm,bu da anbardar Əliyev Emin Şahin oğlunun və atasının nazirlikdəki müşavir dostunun xoşuna gəlməyib.

Günahsız olduğunu bildirən Qədir İsgəndərov bildirir ki,illər əvvəl "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsinin təşkilində yaxından iştirak edib.Onun çoxsaylı xidmətlərinə rəğmən təqaüd yaşına 3 il qalmış əmək müqaviləsinə xitam verilməsi "Aqroservis" ASC-də baş verən qanunsuzluqlardan,ədalətsizliklərdən biridir.

Şikayətçi onu da bildirir ki,son günlər Milli Məclisin bir sıra deputatlarının narahatçılığına səbəb olan məsələlərdən biri də kənd təsərrüfatı məhsullarının idxaldan aslılığının milyard manatlarla əhatələnməsidir."Son illərdə kənd təsərrüfatı mütəxəssislərinin işindən kənarlaşdırılması,onları isə hüquqşünasların,tarix,ədəbiyyat müəllimlərinin əvəzləməsi,neftçi və digər qəbildən olan peşə sahiblərinin aqrar sektora vəzifəyə gətirilməsi idxaldan aslılığı durmadan artırıb.Onu kimi 41-42 dərəcə istidə sahələrdə olan mütəxəssislərə isə qiymət verilməyib. Onların " mükafatı" əmək müqaviləsinə səbəb göstərilmədən xitam verilməsi olub,"-deyir şikayətçi.

Əmək müqaviləsinə xitam verilən şəxs onu da bildirir ki,məsələ təkcə gübrə satmaq deyil,bunu bacaralar.Gəlsinlər "Aqroservis" ASC-də istənilən şəxslə polemikaya hazıram,görüm kənd təsərrüfatı təyinatlı maşın və mexanizmilərdən kim daha çox mükəmməl bilgiyə malikdi.Biçin vaxtıdı sahələrdə kombaynlar bəzən dayanır,mexanizmlərin işlək vəziyyətə gətirilməsi isə operativlik tələb edir.Bu sahənin mütəxəssislərinin isə işdən kənarlaşdırılması məhsul itkisindən başqa bir şey deyil.

Təqaüd yaşına 3 il qalmış əmək müqaviləsinə xitam verilmiş mühəndis-mexaniki İsgəndərov Qədir İsgəndər oğlu əmindir ki,pozulmuş hüququnun bərpası istiqamətində yeni təyin olunmuş Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov ona köməklik göstərəcək,işindən hansı səbəbdən kənarlaşdırılmasının araşdırılmasına göstəriş verəcəkdir.dia.az


Son xəbərlər

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Bütün xəbərlər