Gündəm

`Moskva` Ticarət Mərkəzinin işçiləri NƏDƏN ETİRAZA QALXDI? - ÖZBAŞINALIQ!

MUMtv.az: - "Sizə təkrarən müraciət edənlər 1 ay bundan əvvəl müraciət etmiş olan Moskva Ticarət Mərkəzinin ticarətçiləri , Səhmdarları və demək olar ki, bütün işçiləriydik.

Müraciətimizin əsas məqsədini izah edib xahiş etmişdik ki, bütün baş verən qanun və hüquq pozuntuları ilə əlaqədar Aidiyyatı qrumlara müraciət edib baş verən bütün pozuntuları onlarla birgə araşdırıb Ticarət Mərkəzində əmələ gəlmiş gülməli və görünməmiş İdarə metodlarının aradan qaldırılmasında bizə yardımçı olasınız. Ancaq Sizin tərəfinizdən gözlədiyimizi ala bilmədik. Ona görə də təkrar-təkrar Sizin vaxtınızı almağa məcbur olduq".
Bu barədə Azerinfo-ya müraciət edərək köməklik istəyən sözügedən TM-nin işçiləri bildirirlər.

Müraciətdə daha sonra deyilir: "Hələ təxminən 5-6 ay bundan əvvəl yeni təyin olunmuş İcra direktor (halbuki icraçı direktor QSC sistemində Səhmdarların iclasının ümumi qərarı ilə seçilməlidir.) Xankişiyev Əhməd idarədə Gestapo sistemi tətbiq etməyə başlayıb, nə istəyirlər onu da edirlər, bir bilən yoxdur bu adam neçənci sinfi qutarıb və hansı qiymətlərlə, sizə keçən müraciətimizdə də bildirmişdik ki, Mərkəzi Giriş qapısının üstündə yük daşıyıcı Konstruksiyanı ləğv edərkən gecə vaxtı olduğuna görə 3 tonluq Riqelin sökülməsi sahəsində xoşbəxtlikdən ölən olmamışdır. Hələ Sizə ondan deyək: Əhməd müəllimin və qardaş, bacının səhər işə gəlişləri, səhər tezdən 9:00-10:00 arası və işdən evə qayıdışları saat 15:00-16:00 arası əsl möcüzə də bundan başlayır imkanınız varsa kamea vasitəsi ilə çəkə bilərsiniz.

Unıvermağın keçmiş polis nəfəri indi isə mülki polisə keçmiş Mais, İnzibatçı Mövlud , Təsərrüfat müdiri Mübariz 3-cü Mİkrarayon dairəsindən başlayaraq yolları bağlasın , hətta insanları belə pərən-pərən edərək müşaiyət edici və qoruyucu avtomobillərin müşaiyət ilə müdirləri həyətə gətirərək çantaları belə avtolardan götürərək az qala əllərinə götürərək liftə oradan isə öz mərtəbələrinə aparırlar, gedəndə həyətdən və onların yolundan heç bir quş belə keçə bilməz. Cənab General-Polkovnik , hörmətli Nazir Sizin belə işlərdən acığınız gəlir, görəsən boyu 1 m 50 sm olan bu polis kimə axrandır?

Vətən erməni Revanşistləri və havadarları ilə müharibə vəziyyətində olduğu bir vaxtda bir təhər icarəyə götürdükləri piştaxtaların icarə pulunu və vergisini ödəyərək ailələrini və özlərini dolandırdığı bir vaxtda özləri istədikləri kimi piştaxtaları qruplaşdıraraq butiklər yaradırlar və həmin butikləri yaradırlar və həmin butikləri kənar adamlara 60:70 minə sataraq Camaatın axırıncı ümidini kəsirlər.
Sizdən artıq dərəcədə xahiş edirik əlinizdə olan imkanlardan istifadə edib bizə kömək edəsiniz, artıq bıçaq sümüyə dirənib".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.//dia.az


Son xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu dərmanlarla bağlı XƏBƏRDARLIQ - Ölüm təhlükəsi yarana bilər - VİDEO

Lənkəranda məktəbliyə zorakılıq edən sabiq məmur internat məktəbinə direktor təyin olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub - DETALLAR

Sonuncu erməni qrupu da Ağdərədən ÇIXDI

Deputatın qardaşı vətəndaşın torpaq sahəsini zəbt edib... - Məhkəmə qərarının icrasına kimlər və necə mane olur?

Tovuzda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - VİDEO

Rusiyanın daxili işlər naziri İrəvanda

“AzerGold” QSC “Gələcəyin mədənçisi” layihəsinin icrasına başlayıb

Rəsmi Moskva münasibətlərin pozulmasına görə Paşinyanı günahlandırdı

Şuşa İslam dünyasının mədəniyyət paytaxtı seçildi

ABŞ rəsmiləri bu gün Ermənistana səfər edəcək

Azərbaycan XİN Makrona CAVAB VERDİ

Ordumuza məxsus "KamAZ" minaya düşdü - Qərargah rəisi və digər hərbçimiz şəhid oldu

"Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilsin" - Deputat

Qənirə Paşayevanın SON DURUMU

Məmməd Əmin Rəsulzadənin nəvəsi insult keçirdi

“Azərbaycanlılarla heç bir problem yaşamamışam” - Xankəndinin erməni sakini

Ələzəpin yollarının "işi duaya" qalıb - VİDEO

Ermənilər Xankəndini də yandırır - FOTO

Türkiyədə zəlzələ oldu

Qarabağı tərk edən ermənilərin sayı AÇIQLANDI

Mirzoyan hindistanlı həmkarı ilə Qarabağı müzakirə etdi

"Məktəb illəri" - Təqdimat

İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO

İşləyən əlillərin bu hüquqları da VAR... - Diqqət!

Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO

Şəmkirdə bu məmuru durduran olmasa... - İTTİHAM VAR!

Gələn ilin büdcə layihələri Prezidentə təqdim ediləcək

Azərbaycan Ordusu Xocalıya daxil olub? - İDDİA

Proqnozlar Maliyyə Nazirliyini niyə "qəzəbləndirib"? - Korrupsiya, neftdən asılılıq, investisiya çatışmazlığı...

Heydər Əliyev adına Hərbi İnstitutu iə bağlı YENİ QƏRAR

Bütün xəbərlər