Gündəm
Gündəm / Cəmiyyət / Hadisə
Binanın dam örtüyü qopdu, avtomobillərin üstünə düşdü
Şəkidə külək binanın dam örtüyünü qoparıb.
"MUMtv.az" xəbər verir ki, hadisə gecə saatlarında Şəki şəhəri S.Rəhman küçəsində baş verib. Güclü külək həmin küçədə yerləşən binanın dam örtüyünü qoparıb və 5 avtomobilin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.