Gündəm

Məhkəmə jurnalisti cərimələdi
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Bakı Apellyasiya Məhkəməsi jurnalist Sevinc Vaqifqizını 1000 manat cərimələyib.

 

MUMTV.az-ın xəbərinə görə, bu barədə Xalid Ağəli məlumat yayıb.
 

Vəkil bildirib ki, məhkəmə həmçinin jurnalistin 251 nömrəli məktəbin direktor müavini barəsində şərəf və ləyaqəti aşağılayan bilgilər yaydığına qərar verib.
 

Bu məhkəmə işinin predmeti 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri zamanı çəkilib-yayılmış video görüntülərdir. Həmin vaxt jurnalist səsvermə prosesindən reportaj hazırlamışdı. 


Jurnalist 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovanı lentə almışdı, həmin görüntülərdə E.Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində görünür, səsverməyə nəzarət edirdi. Meydan TV həmin görüntüləri "Karuselə nəzarət edən direktor müavini” başlığı ilə təqdim etmişdi.
 

Narazı direktor müavininin mülki iddiasına əvvəlcə Binəqədi Məhkəməsi baxmışdı. İddia qismən təmin olunmuşdu. Məhkəmə hesab etmişdi ki, şərəf və ləyaqətin aşağılanması iddiası əsaslı deyil, təzminat və üzr istəmək tələbi rədd edilməlidir. Məhkəmə yalnız "Karuselə nəzarət edən director müavini” sərlövhəsini həqiqətə uyğun olmayan saymışdı.


Bakı Apellyasiya Məhkəməsi isə bu qərarı dəyişib, iddianı təmin edib. Hesab edib ki, jurnalistin hazırladığı material ləkələyicidir və buna görə 1000 manat təzminat ödənilməlidir./Trend


Son xəbərlər

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Bütün xəbərlər