Gündəm

"Ay müəllim, heç Azərbayanda heç kim imtahanı özü vermir":   Cəlilovun təyin etdiyi  Arxiv müdirinin etirafı  - FOTO

Cəlilov Cəlilabad rayonunu necə idarə edirsə, bu bölgədə qanunsuzluq halları baş alıb gedir.

Bunu özümüzdən demirik, Cəlilabad rayon sakinlərinin "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına göndərdiyi "şahanə" məlumatlar belə deməyə əsas verir.

Düzdür, indi durub desək ki, torpaqlar mənimsənilir, deyəcəklər bu bələdiyyəyə aiddir, xəstəxanadan danışacağıq, deyəcəklər onun icra hakimiyyətinə nə dəxli? Təhsil desək, ona da deyiləcək söz var, yoxa çıxmaqda olan meşələri deyəcəyik, onun da "babalının" təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin boynuna olduğunu deyəcəklər, ancaq, Cəlilabad rayonunun Namiq Zeynalov nümunəsi sübut etdi ki, sən demə İcra Hakimiyyətinin rayonda fəaliyyət göstərən bütün idarə və müəssisələrə "dəxli var imiş". Demək ki, N.Zeynalov rayonda baş həkimə, məktəb direktorlarına, sahibkarlara və sair aylıq "dolya" təyin edibmiş. Hamı bir nəfər kimi ay sonunda "dolyasını ödəyib, rahatca keyfini sürürmüş" ki, bunun da üstü yalnız onun həbsindən sonra açıldı.

Elə bilirsiniz bunu yalnız Namiq Zeynalov edirdi? Xeyr, bəlkə də bu cür çalışan çox sayda icra başçıları var ki, zamanı gəldiyində onlarla da tanış olacağıq.

Redaksiyamıza son günlər Cəlilabad rayon sakinləri tərəfindən gələn bir çox məlumatlara nəzər saldıqda, belə anlaşılır ki, Rafiq Cəlilov heç də sabiqlərin yoxluğunu hiss etdirmir.

Yeri gəlmişkən, bir neçə gün əvvəl redaksiyamıza belə bir məlumat daxil oldu ki, "Cəlilabad rayonu Dövlət arxivi idarəsinin müdiri Özxan Niftiyev düz 52 yaşına - yəni 2015-ci ilə qədər orta ixtisas təhsili (texnikom) diplomu ilə icra nümayəndəsinin müavini vəzifəsində, bələdiyyədə və sair bu kimi işlərdə çalışıb. Sonradan ali təhsil mütləq olduğuna görə 2015-ci ildə Özxan Niftiyev tutduğu icra nümayəndəsinin müavini vəzifəsindən azad edildi, amma işsiz qalmadı. "Yaxşı dostlar" sayəsində su idarəsinə işə düzəldi. Elə həmin illərdə bir də xəbər tutduq ki, Özxan Niftiyev Ukraynadan təzə diplom alıb. Bundan sonra o, Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə təyin edildi. Bu ərəfədə bir çox saytlar onun diplomunun saxta olduğunu yazdı. Belə olan halda Rafiq Cəlilov məcburən onu o işindən də azad etdi və bu dəfə Arxiv idarəsinin müdiri vəzifəsinə təyin etdi."

Qeyd edək ki, məlumat redaksiyamıza göndərildikdən və biz bu məlumatlarla tanış olduqdan dərhal sonra Özxan Niftiyev ilə telefon əlaqəsi saxlayıb, barəsindəki məlumatlara münasibət bildirməsini istədik.

Özxan Niftiyev, Ukraynada qiyabi təhsil aldığını etiraf etdi. Hərçənd ki, təhsil aldığını dediyi Universitetin adını çox çətinliklə dedi, onu da deyəsən yarımçıq dedi.

Sual verdik, "dərslərdə iştirak etmisinizmi?", Dedi,"bəli, imtahanlarda iştirak etmişəm".

Deyirik, - "orada dərslər Ukrayna dilində keçirilirdi?"

Deyir, - "Bəli".

Soruşuruq, - "Ukrayna dilini bilirsiniz?".

Deyir, - Yox, dərslər rus dilində idi ".

Biz:
- Rus dilini yaxşı bilirsiniz?

Ö.Niftiyev:
- Əsgərlikdə olmamışıq bəyəm?!

Biz:
- İmtahanları özünüz verirdiniz?

Ö.Niftiyev:
- Ay müəllim, heç Azərbaycanda heç kim imtahanı özü vermir, o ki qaldı, Ukrayna... (gülür)

Söhbətimizin axırına yaxın Özxan Niftiyev gah oralara yolumuz düşəndə görüşməyi vəd etdi, gah da bezdiyini və işdən çıxacağını bildirdi.

Yeri gəlmişkən, bütün bunlar barəsində, "DogruXeber.az" redaksiyası adından Cəlilabad Rayon İcra Hakimiyyətinə rəsmi (möhürlü, blanklı) sorğu göndərdik.

İndi Rayon İcra Hakimiyyətinin bizə göndərdiyi cavaba diqqət edin;

"Ay müəllim, heç Azərbayanda heç kim imtahanı özü vermir":   Cəlilovun təyin etdiyi  Arxiv müdirinin etirafı  - FOTO


Bu da bir dövlət qurumunun, bir rayonunun rəhbərliyinin rəsmi sorğuya verdiyi qeyri-rəsmi cavab.

Bəli, rəsmi sorğu göndərdiyimiz bir dövlət qurumunun göndərdiyi blanksız, möhürsüz, kim tərəfindən göndərildiyi bəlli olmayan bir məktubu qeyri-rəsmi adlandırırıq. Daha doğrusu, biz belə adlandırmırıq, elə belədir.

Mövzuya yenidən qayıdacağıq və növbəti yazılarımızda sözügedən rayonda fəaliyyət göstərən Mərkəzi Poçt ilə İcra Hakimiyyətinin əlaqələrindən danışacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman


Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər