Gündəm

Pedofiliyaya etiraz  - "SİRR"  filmi təqdim edildi // VİDEO+FOTO

Azərbaycanda onsuz da zəif olan film sənayesinin indiki vəziyyətində cəmiyyətin mentalitetini və problemlərini ifadə edən tərbiyəvi əhəmiyyətli filmlər olduqca azdır. Belə boşluğu doldurmağa xidmət edən rejissorlardan biri olan Aqil Nağıyevin çəkdiyi “Sirr” filmi 27 may 2023-cü il tarixində Nizami kino mərkəzində təqdim edildi.

Dogruxeber.az” olaraq, filmin premyerasında qonaq qismində iştirak etdiyimiz üçün bizi dəvət edən Aqil Nağıyevə də təşəkkürümüzü bildiririk.
Baş rolda tanınmış istedadlı aktyor Rüfət Nəzərin oynadığı dram janrında olan 93 dəqiqəlik filmin qəhrəmanı “Tərəkəmə” ləqəbli Azad xarakterik Azərbaycan kişisinin kimliyini detallı şəkildə ifadə edib. Azadın xanımı obrazını isə gənc aktrisa Sima Şabanova canlandırıb.

Filmin mahiyyətini qısa şəkildə ifadə edək:

Azad yetim böyümüş bir adamdır. Ata-anasını uşaq yaşlarında itirib. Buna baxmayaraq ailənin necə olduğunu yaxşı bilir və öz ailəsini də belə intizamlı şəkildə idarə edir. Ancaq mühafizə xidmətinin rəisi işlədiyi məktəbdə azyaşlı oğlana təcavüz edən məktəb direktorunu döydüyünə və şikəst etdiyini görə beş il azadlıdan məhrum edilərək məhbusluq yaşayır. Azadlığa çıxdıqdan sonra keçmiş dustaq olduğu üçün iş tapması çətinləşir. Ailədə yaranan söz-söhbətlər də getdikcə şiddətini artırır. Çətinliklərin qarşısında şiddətlənən tələbat basqılarından daha da gərginləşən vəziyyət Azadı daha da sıxır. Xanımı Arzunun xahişi ilə Arzunun atasının yanına iş üçün gedən Azadın qayınatasından eşitdiyi alçaldıcı sözlərin qarşılığında kişini döyür. Azad evinə dönərkən yolda keçmiş əsgər yoldaşı ilə qarşılaşır. Ona vəziyyəti danışır. Həmin dostu Vüqar da axşam digər əsgər yoldaşları olan “Qoca” ilə birlikdə işlədiyini deyir, Azadı da axşam evə dəvət edir. Dostları ilə görüşəndə Azad dostlarının evində bir təsadüfdən azyaşlı qızı görür. Bu qızın dostlarından hansının qızı olduğunu soruşduqda isə mənzərənin fərqli olduğunu görür. Beş il öncə məktəbdə işlədiyi vaxt azyaşlı oğlanın ondan istədiyi kimi qızın da “kömək edin” deməsi Azadı yenidən eyni hərəkətləri etməyə məcbur edir. 



Film 1 iyun Beynəlxalq Uşaq günü kinoteatrlarda Nizami Kino mərkəzində kinosevərlərin izləməsinə təqdim ediləcək. Azərbaycan mentalitetinə, eləcə də dünya xalqlarının qəbul etmədiyi bir davranış olan azyaşlılara təcavüz – pedofiliyaya Azərbaycan xalqının etirazını ifadə edən “Sirr” filmi uğurlu ekran işlərindən sayılır.

Filmin heyəti;
Quruluşçu rejissor: Aqil Nağıyev
Baş prodüser: Ruslan Məmmədov
Quruluşçu operator: Nicat Əhmədov


Aktyorlar:

Rüfət Nəzər
Sima Şabanova
Vaqif Kərimov
Faiq Zeynallı
Elşən Məmmədov
Seymur Tağıyev
Aydan Salahova
Zəhra Sultanzadə.

Filmin sonunda izləyicilərin qarşısına çıxan yaradıcı heyətdən Rüfət Nəzər filmin simvolik sayılacaq bir büdcə ilə çəkildiyini dedi. Bunu nəzərə alaraq, bu uğurlu ekran işinə görə başda rejissor Aqil Nağıyev olmaqla bütün yaradıcı heyəti təbrik edirik.

DogruXeber.az
Asiman Əsədsoy


Pedofiliyaya etiraz  - "SİRR"  filmi təqdim edildi // VİDEO+FOTO

Pedofiliyaya etiraz  - "SİRR"  filmi təqdim edildi // VİDEO+FOTO

Pedofiliyaya etiraz  - "SİRR"  filmi təqdim edildi // VİDEO+FOTO

Pedofiliyaya etiraz  - "SİRR"  filmi təqdim edildi // VİDEO+FOTO

Pedofiliyaya etiraz  - "SİRR"  filmi təqdim edildi // VİDEO+FOTO

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər