Gündəm

“Deyirlər ki, Bakı şəhəri riskli zona olduğu üçün qiymətlər fərqlidir” - Baki sakini sığorta şirkətlərindən narazıdır

MUMtv.az: - Bakı şəhər sakini Əliyeva Mehriban Tofiq qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi icbari sığortadan narazılığını bildirir.

“Mən, Əliyeva Mehriban Tofiq qızı, yazaraq sizə bildirirəm ki, sığorta şirkətləri insanları aldadır. Deməli, mənim məcburi icbari sığortam başa çatmamış, sığorta ücün zənglər gəldi. Hər zaman 1,6 motor avtomobil ücün 41 manat 25 qəpik ödəyirdik. İndi isə mənə dedilər ki, 99 manat və qadağadan çıxarmaq üçün də 10 manat pul ödəməlisən. Bildirdilər ki, qiymət artıb, bu səbəbdən də qiymət sizə yüksək görsənir.

Yaxşı, qiymət artımını başa düşdük, bəs bu qadağa nədir?

Mənə dedilər ki, 2 mühərrikə qədər olan maşınlara qadağa var. Bu məsələ ilə bağlı bir neçə sığorta şirkəti ilə danışdım, hər biri ayrı-ayrı qiymət dedilər. Belə ki, Bakı şəhəri riskli zona olduğu üçün qiymətlərin fərqli olduğunu bildirdilər.

Mənə qaranlıq qalan odur ki, hər zaman 41 manat ödəmişəm, indi isə onun 3 qatını tələb edirlər. Hələ 10 manat da “qadağa üçün” istəyirlər.

Belə başa düşürəm ki, sığortalarda özbaşınalıq çoxdur. İnsafları, vicdanları olmalıdır! Artım olursa, hər yerdə eyni olmalı deyil? Xahiş edirəm bu məsələni işıqlandırın, sığorta şirkətləri bəlkə “yoluna yığılalar””.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq. O bildirdi ki, belə bir problem əvvəllər də var idi: “Artıq Mərkəzi Bank bu məsələni həll edib. Bütün sığorta şirkətlərinə tapşırıq verilib, onlar onlayn xidmət yaradıblar. Vətəndaşlar onlayn formada, heç yerə getmədən öz avtomobillərini sığorta etdirə bilərlər. İcbari sığortalar bürosunun saytı var - isb.az, ora daxil olub, vətəndaşlar sığorta işlərini yekunlaşdıra bilərlər. Artıq heç yerə getməyə, kimdənsə kömək istəməyə ehtiyac yoxdur”.

Elməddin Muradlı onu da qeyd etdi ki, yaxşı olar, sığortalar onlayn müraciətlə əlaqəli sosial video-çarx çəkələr və bilməyən vətəndaş da qalmaz: “Bu halda fırıldaqçılığa məruz qalan vətəndaş olmaz. Düşünürəm ki, təbliğat işlərinə ehtiyac var. Əlbəttə, müvəqqəti çətinlikdir, bir müddət sonra problem öz həllini tapacaq”.


Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər