Gündəm

Zakir Sultanov keçmiş "boss" unu məhkəməyə niyə çağırırdı? - İLGİNC

MUMtv.az: - Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov yenidən Ali Məhkəməyə müraciət edib. APA xəbər verir ki, Zakir Sultanov kassasiya şikayətində cəzasının yüngülləşdirilməsini istəyir. Şikayətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Zakir Sultanov bir neçə ay əvvəl də də kassasiya şikayəti verimişdi, lakin sonradan əlavə düzəlişlər edilməsi üçün şikayətini geri götürmüşdü. Onun cəza müddətinin başa çatmasına 2 il 6 ay qalıb.

Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Zakir Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi həbs müddətini 5 il 6 aya endirib.

Qeyd edək ki, Zakir Sultanov mədəniyyət abidələri və binalarının təmir-tikintisi üçün tenderdə qalib olmaq istəyən şirkətlərdən pul alıb. Onun sözlərinə görə, aldığı pulları keçmiş nazirin xidməti otağında ona şəxsən təqdim edib. Zakir Sultanovun ifadələrinə əsasən, Əbülfəs Qarayevə verdiyi pulların ümumi məbləği 2 milyon 500 min manatdan çox olub. “Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində Azərbaycanla bağlı yeni binanın tikintisi ilə bağlı layihə üzrə gələn 255 min 950 manat puldan Əbülfəs Qarayevə 200 min manat pul vermişəm. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin keçirilməsi ilə əlaqədar 80 min manat pul almışam, həmin puldan 60 min manatını Əbülfəs Qarayevə vermişəm. Bunlardan başqa daha bir böyük layihədən gələn 240 min manat pulun da 192 min manatnı Əbülfəs Qarayevə təqdim etmişəm” deyə, o məhkəmə ifadələrinin birində qeyd edib.

Xatırladaq ki, məhkəmə istintaqı dövründə Zakir Sultanov Əbülfəs Qarayevin məhkəməyə çağırılıb dindirilməsini tələb etsə də, vəsatət təmin olunmamışdı.

Zakir Sultanov ittiham üzrə dövlətə vurduğu 5 milyon 3 milyon manat zərərin hamısını ödəyib.

“Fəaliyyətim dönəmindəki qanun pozuntuları ilə bağlı elə qanun çərçivəsində qiymət verilib”. Bunu bir müddət əvvəl jurnalistlərə açıqlamasında Əbülfəs Qarayev deyib. O bildirib ki, günahkarlar öz cəzasını çəkiblər: “Bu, təbii prosesdir. Ölkədə bu cür məsələlərlə bağlı mübarizə gedir”.

Yada salaq ki, son əfv sərəncamı ilə Əbülfəs Qarayevin sabiq müavini Rafiq Bayramov əfv edilib. Rafiq Bayramov da 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu. O, 1 milyon 800 min manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. 2021-ci ilin oktyabrında Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib. O da istintaq zamanı regional mədəniyyət idarələrinin rəislərindən, həmçinin tenderlərdə qalib gələn şirkətlərdən aldığı bütün pullardan nazir Əbülfəs Qarayevin xəbərinin olduğunu və ona şəxsən verdiyini qeyd etmişdi. O, konkret faktlarla “otkat”larla bağlı məlumatları istintaqla bölüşmüşdü.

Zakir Sultanovun əfv ərizəsi yazıb-yazmadığı haqda bilgi yoxdur. Hər halda onun dəymiş ziyanı ödədiyi halda həbsdə qalması bəzi suallar doğurur. Mümkündür ki, onun Əbülfəs Qarayevə qarşı daha sərt mövqedə olması, onu məhkəməyə çağırması sabiq nazirin nəzərində “xəyanət kimi” qiymətləndirilir.

“Bakı” Hüquq Şirkətinin rəhbəri deyir ki, Zakir Sultanovun azadlığa çıxmaq şansı az deyil: “Zakir Sultanov ibtidai istintaq zamanı, sonradan da məhkəməsində səmimi ifadələr verib, mənimsəmə, rüşvət və korrupsiya cinayətləri barədə təfərrüatları açıqlayıb. Konkret olaraq cinayətlərin başında Əbülfəs Qarayevin dayandığını ifadələri ilə təsdiqləyib. Bundan başqa o, ittiham üzrə ziyanı da ödəyib. Belə olan halda qanunla Zakir Sultanovun azadlığa buraxılması üçün hər hansı bir maneə qalmır. Onu vaxtından əvvəl azadlığa buraxılması mümkündür”.

Hüquqşünas deyib ki, Zakir Sultanovun ifadələri Əbülfəs Qarayevin həbsinə imkan versə də, Azərbaycan məhkəmələribu məsələri araşdırmaqdan yayınıblar: “Zakir Sultanov konkret ad çəkir və pulların alınması, bölüşdürülməsi mexanizmlərini açıqlayır. Amma nə baş verir? Məhkəmələr bu məsələləri sanki eşitməyiblər. Bu məsələlər araşdırlmalı, xüsusi qərardad çıxarılıb hüquqi qiymət verilməli üçün prokurorluq orqanına göndərilməli idi. Buna baxmayaraq məhkəmələr Əbülfəs Qarayevə münasibətdə olduqca loyal mövqe tutdular, faktiki olaraq qanunsuzluq etdilər. Dövlətin pullarının oğurlanmasına göz yumdular. Əbülfəs Qarayev kimi büdcə pullarını istədikləri kimi mənimsəyənlərə də “yaşıl işıq” yandırıldı. Bu gün büdcədən oğurluq edənlərdə də düşünürlər ki, Əbülfəs Qarayev oğurladı, ona nə etdilər ki, mənə də nə etsinlər. Uzağı müavinləri qurban verib özüm azadlıqda qalacağam. Azərbaycan məhkəmə-hüquq sistemi nəhayət ki, qanunlara əsaslanmalı, şəxsi münasibətlər, rüşvət və korrupsiya mexanizmlərindən əl çəkməlidirlər”.

Hüquqşünasın sözlərinə görə Əbülfəs Qarayev müavinini xəyanətdə ittiham edə bilməz: “Hər bir oğurluğun, cinayətin bir gün üstü açılır. Zakir Sultanov danışmasaydı belə, məlum idi ki, pullar Əbülfəs Qarayevin təhriki ilə, göstərişi ilə, xeyir-duası ilə ələ keçirilib. Əslində burada xəyanət var, xəyanət Azərbaycan xalqının əmanətinə - büdcəsinə qarşı olub. Əbülfəs Qarayaev də bu xəyanətə görə cavab verməldir”.//Musavat.com


Son xəbərlər

“AzerGold” QSC və CASPISNET arasında görüş keçirilib - FOTO

Bu şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir

Putin və Paşinyan bu gün görüşəcək

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul etdi

Şənbə günü 32° isti olacaq

Parlament gömrüklə bağlı bu Sazişi təsdiqlədi

Milli Məclis daha iki sazişi ratifikasiya edib

"Azərbaycanda övladsız ailələrin sayı çoxalır" - Komitə sədri

BMT nümayəndəsinin ölkəyə girişinə qadağa qoydular

Milli Məclisdə yeni təyinat

ADAU təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

Azərbaycan İtaliyadan təyyarələr alır

"Hovers Group MMC" Qarabağda 13,5 milyon manata 7 bina tikəcək - TENDER NƏTİCƏSİ

Həbs edilən vəzifəli şəxsdən XƏBƏR VAR

DYP sürücülərə müraciət etdi

Rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Cəlilabad rayonunda EKOLOJİ TERROR - NARAZILIQ VAR...

"Körpü-Bina-Tikinti MMC" Qarabağda 20,3 milyon manata 12 bina tikəcək - TENDER NƏTİCƏSİ

Uşaqlar yox...onların ataları FHN-yə bir buyursunlar... - Kəmaləddin Heydərovla bağlı ŞOK FAKTLAR...

Rusiyalı repçi qəzada öldü

Azərbaycan nefti ucuzlaşdı

76 yaşlı qocaman başçı rayonda bütün torpaqlara “əl” qoyaraq qarış-qarış satıb.Vətəndaş şikayəti-Video

Göygöl prokuroru İlqar Hacızadənin 200 minlik maşınının şəkilləri yayılıb

Zelenski G20 sammitinə dəvət edilməyəcək

“Nərmin işi”nə yenidən baxılacaq? - AÇIQLAMA

Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

“Mərkəzə gələn yoxlamaya əvvəlcədən rüşvət verilib” - QALMAQAL

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq - FOTOLAR

Əfqanıstanda məsciddə terror aktı törədildi

"Rusiya hökuməti Ermənistanı tərk etdi" - Alman deputat

Bakıda evə basqın - SAXLANILANLAR VAR

Dələduzlar “AzDrama”nın adından belə istifadə etdi

Bütün xəbərlər