Gündəm

Zəfər Qurbanovdan Prezidentə ŞİKAYƏT OLUNDU

MUMtv.az: - Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident, biz -Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri müxtəlif orqanlara dəfələrlə müraciət etmişik. Sanki hansısa sehrli
bir qüvvə burada baş verən qanunsuzluqların Sizə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir. Universitet artıq idarə olunmaz hala gəlib, qanunsuzluq, özbaşınalıq baş alıb gedir.

Aqrar təhsil ocağında Zəfər Qurbanovun rektor əvəzi təyinatından sonra haqsızlıq geniş vüsət almışdır, həm də Zəfər Qurbanov öz yarıtmaz fəaliyyəti ilə, tədrisi məhv etməsi ilə sabiq rektor İbrahim Cəfərovun atasına rəhmət oxutdurur. Aqrar təhsil ocağının tarixi inkişafı məhz elə sabiq rektor İbrahim Cəfərovun dövründə olmuşdur, nəticədə onun rektorluq dönəmində ölkə Prezidenti kimi Siz, üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə tanış olmusunuz.

Amma indi universitetdə sanki, həyat dayanıb. Zəfər Qurbanov iclasları çox sevir, bütün günü iclas keçirir, bu saatlarla davam edən iclaslarda yalnız özü danışır, özünü tərifləyir. Rektor əvəzi kimi kafedralara iclas adı ilə gedir, ortada isə heç bir nəticə yoxdur. Elmi Şurada qərar qəbul edərək Dünya Bankının xətti ilə tikilən, praktik və əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv etdi. Bu ferma tələbə yataqxanasının
yaxınlığına yerləşirdi. Onu tam dağıdaraq, dedi ki, Uçxoz var. Uçxozda olan təsərrüfat isə çox uzaqdır, ona görə də ora tələbə
gedə bilmir. Bunlar da tədrisə çox pis təsir göstərir, dünya bankının xətti ilə tikilən bu fermalarda sadəcə idarəçiliyi nizamlamaq lazım idi, lakin Zəfər Qurbanov bunu etmək əvəzinə bu fermaları tamamilə dağıtdı.

Aqrar sahədən və idarəçilikdən bixəbər Zəfər Qurbanov anlamır ki, o, rektor əvəzi təyin olunmamışdan əvvəl sabiq rektor İbrahim Cəfərov bu fermaları necə saxlayırdı? İri buynuzlu və xırda buynuzlu heyvanların yemlərini necə alırdı? İbrahim Cəfərov heyvandarlıqdan da əlavə, quşçulugun, balıqçılığın inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi.

Baytarlıqda oxuyan tələbələri dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də pul verirdi. Sabiq rektor İbrahim Cəfərovun dönəmində həm işçilərin sayı çox idi, həm də tədris olunan fənlər üzrə təsərrüfat sahələri çox idi.

Amma indi Zəfər Qurbanov həm maşın-traktor parkını tam dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları saxlamağa vəsait yoxdur,amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir.

İndi də Zəfər Qurbanov deyir ki, mənə kafedraları və diğər strukurları idarə etmək üçün menecer lazımdır. Bu adam başa düşmür ki, menecer sözünün mənası nədir? Aqronomluq fakültəsində uzun müddət Elmi-Tədqiqat İnstitutunun direktoru işləmiş, Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru olmuş, Prezident tərəfindən əməyinə "Tərəqqi" medalı verilmiş Həsənəli Aslanovu aşağılayaraq mənə Səni kimi elmlər doktoru lazım deyil. Sən get alimliyinlə məşgil ol, mənə kafedranı idarə etmək üçün menecer lazımdır. Uzun müddət direktor, kafedra müdiri işləmiş bir şəxs kafedranı idarə edə bilmir ki????

Zəfər bəy deyir ki, mən kafedranın idarəçiliyini dosentə yox, professora yox, təcrübəsiz menecerə həvalə edəcəm, qoy kafedranı o idarə etsin. Kafedra müdiri vəzifəsi isə təlimata görə mütləq elmi ada və dərəcəyə malik adam tərəfindən icra olunmalıdır. Zəfər Qurbanov meneceri alimdən üstün tutur. Ancaq dərk etmir ki, dahi Nizami demişkən,

Hər uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır, əlbət.

Bir sözlə, ADAU məhvə doğru gedir. Elmi işlər üzrə prorektor Azad İbrahimov özünü rektor kimi aparır. Gənc alimlərin inkişafına hər vasitə ilə mane olmağa çalışır. Müraciət etdikdə ADAU-da olmayan qanunlardan danışır, hər kəsi acılayır. Azad İbrahimov uzun müddət Elmi-Tədqiqat İnstitutunda işləyib.
Orada işləyəndə Elmi- Tədqiqat İnstitutunun işçilərini öz şəxsi təsərrüfatında fəhlə kimi işlədirdi. Orada ağacları, binaların daşını və təmir zamanı sökülən tikinti materiallarını tamamilə satdı. Mirdamət Sadıqovun dönəmində isə ADAU-da olan kərpicləri tamamilə satdı. Azad İbrahimov elmi işlər üzrə prorektor olmağına baxmayaraq elmlə qətiyyən məşğul olmur, öz işçisi Elçinlə birlikdə
alver və təmir işləri ilə məşğul olur.
Zəfər Qurbanov bir neçə kafedra müdirlərindən İlqar Gəncəyevdən, Azər Xəlilovdan, Aydın İsayevdən çoxlu şikayət olunmasına baxmayaraq onlar
haqqında heç bir tədbir görmür. Amma yaxşı işləyən, məsuliyyətli, çox savadlı olan Hümbətov Hümbəti vəzifəsindən, hətta müəllimlikdən belə çıxartdı.

Bu artıq sözün bitdiyi yerdir. Aqrar universitetin sanki, sonu çatır. Rektor kim Bəşirə pul verirsə, onu müdafiə edir. ADAU-nun Tələbə Həmkarlar
İttifaqı Komitəsinə sədr təyin edilmiş, bakalavr təhsilini Gəncə Dövlət Universitetində almış Qasımov İbrahim İldırım oğlunu hansı tələbə tanıyır?
İbrahim Qasımov 2022-ci ildə ADAU-ya magistır şöbəsinə qəbul olub. THİK sədri qanunvericiliyə görə seçki yolu ilə seçilməlidir. Maraqlıdır, Qasımov İbrahim İldırım oğlunu hansı tələbə tanıyır? Bu vəzifə seçki ilə təyin edilirsə nəyə görə ADAU-nun tələbə kollektivində Həmkarlar Təşkilatına seçki keçirilmədən, elan verilmədən sədr seçilir. Digər tərəfdən İbrahim Qasımovun davranışları da tam şübhəlidir, həkim nəzarətindən keçirilsə daha məqsədəuyğun olardı. Yalnız Bəşir Bağırzadəyə verilmiş 15000 manat rüşvətin müqabilində daha bir göyçəli, atası İldırım Qasımov uzun müddərt GDU-da rüşvətxor dekan işləmiş və oradakı sağlam fikirli müəllimlərin təzyiqi ilə vəzifəsindən qovulan İbrahim Qasımov bu vəzifəyə təyin olundu.

Maraqlı odur ki, belə haqsızlıqlardan şikayət edəndə prorektorlar, şöbə müdirləri, dekanlar deyir ki, biz kimik ki??? Yaxşı onda professor müəllim heyyəti dərdini kimə desin? Dezerti Zəfər Qurbanovun qara kassası, sağ əli Bəşir Bağırzadəyəmi???? Bəşir Bağırzadə hansı qanuni işdən danışır ki, ADAU-nun üç müəllimi adı universitetdə getsə də, buradan maaş alsa da, Bakıda öz işləri ilə məşğul olur.

Zəfər Qurbanov hansı üzlə deyir ki, mən olan yerdə rüşvət ola bilməz??? Zəfər Qurbanovun idarəçiliyi altında dekan Famil Nəsibov tutuldu, məhkəmə qərarı ilə işindən azad edildi. Bir nəfər tələbədən 2 min manat alaraq elmi işlərini yazdıran kafedra müdiri Zahir Ələsgərovunrüşvətxorluğundan kimə şikayət edəsən?

Hələ fakültələrdə qiyabi şöbəni ayırıb ayrıca şöbə yaratmaq istəyən Zəfər Qurbanov şöbəni ayırmamış qiyabi şöbəyə dekan axtarır. Qiyabi şöbəyə dekanı isə Bəşir Bağırzadə axtarır. Sanki şöbə dekanlığı Bəşir Bağırzadə tərəfindən hərraca çıxarılıb və dekan olmaq istəyənlərin təkliflərini öyrənib Zəfər Qurbanova çatdırır,aydındır ki, burda da kim çox pul versə, həmin şəxs dekan olacaq.

Rektor "islahat aparacam" adı ilə, kafedraları birləşdirmək adı ilə kafedra müdirlərini qorxuda saxlayır. Amma əslində heç bir islahat aparası deyil. Zəfər Qurbanov həm də, 2021-ci ildə İlham Əliyevin "Azərbaycan-2032 Sosial İqtisadi İnkişaf Haqqında Milli Priotetlər" layihəsinə görə aqrar sahənin inkişafı, sənaye əsaslı aqroparklar və holdinqlərin yaradılması , buna uyğun olaraq, ixtisasların yaradılması və inkişaf etdirilməsinin tamamilə əleyhinə gedərək, dövlət siyasətinə zidd hərəkətlər edir.

Cənab Prezident! ADAU-nun professor və müəllim heyəti olaraq ADAU-da baş verən özbaşınalıqları gördükcə müəllimlik və aqrar sahəyə olan sevgimiz ölməyə başlayıb. Ömrümüzü aqrar sahəyə həsr etmişik, onun inkişafına kadrların yetişməsinə tələbələrin daha da çox elmli olmaları üçün bütün universitet kollektivi kimi əlimizdən gələni etmişik. Amma indi tələbələrimizə aqrar sahəni yox agentliyi, xəyanəti rəhbərlik öyrədirsə, tələbənin əli ilə müəllimlik peşəsini ləkələyirsə, artıq bura təhsil ocağı deyildir.

Cənab Prezident, Cənab Nazir, həyəcan təbili çalıb Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi barədə təxirəsalınmaz tədbir görməyin tam zamanıdır. Cənab Prezident! inanırıq ki ən qısa zamanda aqrar təhsil ocağında tüğyan edən özbaşınalığa son qoyacaqsınız.

Hörmətlə: Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor müəllim heyəti"

İddialarla bağlı adı çəkilən tərəfləri dinləməyə hazırıq.

Son xəbərlər

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

ABŞ İsraili müdafiə etməyə hazırdır - Lloyd Ostin

"Sülh müqaviləsinin imzalanmasında maraqlıyıq” - Tokayev

Nazir Ermənistanın mədəni irsimizi məhv etməsindən danışdı

Büdcə pulları YOXA ÇIXIR... başçının umrunda da deyil... - AXI NİYƏ?

Oğluna 120 min dollarlıq maşın alan, bacısı oğluna vəzifə verdirən müavin yenidən gündəmdə - İLGİNC

Minlərlə taksi şoferini işsiz qoyan üç məmur üzə çıxdı

Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi - DETALLAR

Bütün xəbərlər